Əsas Səhifə > Ölkə, Manşet > İsmayıllıdan ölkə rəhbərliyinə şok müraciət: Nizami Ələkbərovu geri qaytarın

İsmayıllıdan ölkə rəhbərliyinə şok müraciət: Nizami Ələkbərovu geri qaytarın


30-03-2015, 11:21
İsmayıllıdan ölkə rəhbərliyinə şok müraciət: Nizami Ələkbərovu geri qaytarın
DİA.AZ: - İsmayıllının icra başçısı Mirdamət Sadıqov vəzifəsindən azad oluna bilər. Xatırladaq ki, Mirdamət müəllim də Qubaya rəhbərlik etmiş, hazırda isə Göyçay RİH başçısı postunu tutan Mübariz Ağayev kimi üsyankar bir rayonun rəhbərliyinə gətirilmişdi. Yəni ümid olunmuşdu ki, Aqrar Universitetin rektoru postundan İsmayıllaya başçı göndərilən Mirdamət Sadıqov da Mübariz Ağayev kimi üsyan etmiş bir rayonun sakinləri ilə «yuxarılar» arasında körpü rolunu oynaya biləcək. Amma anlaşılanı odur ki, bu, keçmiş rektorda alınmayıb.

DİA.AZ-a rayondakı qaynaqlardan verilən məlumatda bildirilir ki, İsmayıllı əslində yenə də üsyan ovqatındadır. Səbəbsə Mirdamət Sadıqovun fəaliyyətidir. Yəni əvvəlki başçıdan hansısa fərqli cəhətini ortaya qoya bilməyən Mirdamət Sadıqov da öz yerlilərinin qəzəbinə tuş gəlib. Xatırladaq ki, Mirdamət müəllim İsmayıllının Lahıc kəndində doğulub.

İsmayıllıdan ölkə rəhbərliyinə şok müraciət: Nizami Ələkbərovu geri qaytarın

Dia.az-a rayondan verilən informasiyada bildirilir: «İlk günlərində yerli məmurları camaatın gözünün qarşısında yığaraq «rüşvət almayın» tapşırığını verən Mirdamət Sadıqov əslində oyun oynayırmış. Camaatın gözünə kül üfürən başçının adamları bu gün bütün obyektlərə amansız rəqəmlərlə haqq qoyublar. Əgər Nizami Ələkbərovun vaxtında 40 kvadratmetrlik bir çayxana 200 manat haqq verirdisə, indii bu rəqəm 400 manatdır. Eləcə də digər obyektlərdən yığılan haqqın qiyməti qalxıb».

Bununla yanaşı sakinlər dia.az-a bildirir ki, icra başçısı yerli fermerlərə də rəsmən divan tutur: «Biz belə gözləmirdik. Bu gün İsmayıllıda əkinçilik özünün tənəzzül dövrünü yaşayır. Mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciət edirik. Bütün Azərbaycan xalqı qarşısında keçmiş icra başçısı Nizami Ələkbərovdan üzr istəyirik və onun geri qaytarılmasını xahiş edirik. Mirdamət müəllim Nizami Ələkbərovun atasına rəhmət oxutdurur»…

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt