Əsas Səhifə > Ölkə, Manşet > Bayıl sakinləri Qorxmaz Hüseynova od püskürdülər: ““Azərsu” bekar qalanda Bayılın suyunu kəsir”

Bayıl sakinləri Qorxmaz Hüseynova od püskürdülər: ““Azərsu” bekar qalanda Bayılın suyunu kəsir”


11-03-2015, 11:23
Bayıl sakinləri Qorxmaz Hüseynova od püskürdülər: ““Azərsu” bekar qalanda Bayılın suyunu kəsir”
DİA.AZ: - Dünən “Azərsu” adından belə bir xəbərdarlıq yayıldı ki, Bakı şəhəri Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsindən keçən 700 mm diametrli magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 mart 2015-ci il tarixdə saat 09:00-dan etibarən gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Amma deyəsən, xəbərdarlığın müəllifi olan şirkət rəhbərliyi bir az tələsiblər. Bu barədə DİA.AZ_a Bayıl qəsəbəsi sakinləri bildirirlər.

Sakinlərin sözlərinə görə, səhər7-8 radələrindən onların suları kəsilib və bu barədə etiraz etmələrinə baxmayaraq, “Azərsu”nun cavabdeh işçilərindən yalnız acı sözlər eşitməli olublar.

Sakinlər dia.az-a bildirir: “Ümumiyyətlə, “Azərsu” bekar qalanda Bayılın suyunu kəsir. Belə də olmaz axı. Guya şəhərin mərkəzidir, amma “Azərsu”nun hörmətli sədri Qorxmaz müəllim bizimlə “Yezid” kimi davranır. Hansı əsrdə yaşayırıq. Olmazdımı ki, bunlar öz təmir işlərini gecə həyata keçirsinlər. Dövlət bunlara bu qədər pulu niyə verir ki?”

Geri qayıt