Əsas Səhifə > Ölkə, Manşet > Ağsunun icra başçısı 450 min manatlıq büdcə vəsaitinin hesabatını doğru-dürüst verə bilməyib
Ağsunun icra başçısı 450 min manatlıq büdcə vəsaitinin hesabatını doğru-dürüst verə bilməyib10-03-2015, 11:57 |
DİA.AZ: - Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev də ittiham hədəfinə çevrilib. Belə ki, DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər qaynaqdan ötürülən informasiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun yaxın qohumu olan Ənvər Seyidəliyevin rayona dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsində böyük yeyintiyə yol verdiyi iddia olunur. Mənbə bildirir ki, Ənvər Seyidəliyev yerli maliyyə idarəsinin rəhbərliyi ilə bərabər təxminən 450 min manatlıq büdcə vəsaitinin xərclənməsi ilə bağlı doğru-dürüst hesabat verə bilmədiyindən «yuxarıların» diqqətini cəlb edib. Mənbənin dia-az.life-a söylədikləri: «Ənvər Seyidəliyev bu vaxta qədər nazir qohumunun çətiri altında gizləndiyindən toxunulmaz hesab olunur. Amma hazırki şəraitdə hökumət üçün 1 manatın belə qədəri böyükdür. Elə buna görə də başçıya talanan vəsaitləri geri qaytarması, doğru hesabatın verilməsilə bağlı «məsləhət» verilib». Mənbə iddia edir ki, vəziyyət gərginləşərsə, Ənvər Seyidəliyev bir anın içində qurban verilə bilər: «Təbii ki, belə bir şəraitdə nazir qohumunun belə onu hifz etməsi imkansızdır. Çünki söhbət «yuxarılara» xəyanətdən gedir». Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq,,. Geri qayıt |