Əsas Səhifə > Ölkə, Manşet > Ölkədəki siqaret mafiyasına dövlətdən böyük zərbə - Xalqın qisası alınır
Ölkədəki siqaret mafiyasına dövlətdən böyük zərbə - Xalqın qisası alınır5-03-2015, 11:08 |
DİA.AZ: - Son günlər siqaretlərin qiymətinin oynaması və bunun da nəticəsində həm siqaret satışı ilə məşğul olan ticarət obyektlərinin və həm də ən əsası vətəndaşların əziyyət çəkmələri, xüsusən də ziyana düşmələri rəsmi qurumların da diqqətindən yayınmayıb. DİA.AZ-a bilgili qaynaqlardan daxil olan informasiyada qeyd olunur ki, rəsmi qurumların diqqətindən yayınmayan tək bu deyil. Həm də siqaret satışı ilə məşğul olan firmaların dolların məzənnəsinin qalxmasından sui-istifadəyə daha çox maraqlı olmasıdır ki, bu da dövləti hərəkətə keçməyə sövq edib. dia-az.life-a daxil olan informasiyaya görə, aidiyyatı üzrə dövlət qurumları bu gün səhər saatlarından siqaret satışını həyata keçirən üç şirkətin hamısında yoxlamaya başlayıb. Səhər saatlarından başlayan yoxlama bu dəqiqələrdə də davam edir. Mənbə ad çəkməsə də, bildirir ki, artıq həmin şirkətlərdən biri ilə bağlı rəsmi qərar hazırlanır və yüklü miqdarda cərimənin kəsiləcəyi gözlənilir. Geri qayıt |