Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: Bakı meriyasının məmurunun 3 milyon dolları hava limanında müsadirə olunub

ŞOK: Bakı meriyasının məmurunun 3 milyon dolları hava limanında müsadirə olunub


20-02-2015, 11:41
ŞOK: Bakı meriyasının məmurunun 3 milyon dolları hava limanında müsadirə olunub
DİA.AZ: - Redaksiyamıza maraqlı bir informasiya daxil olub. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, dünən səhər saatlarında Azərabycandan külli miqdarda nağd pul kütləsinin çıxarılmasının qarşısı alınıb.

Məlumatı verən mənbə iddia edir ki, təxminən 3 milyon ABŞ dollarının Azərbaycana çıxarılmasına çalışan şəxs gənc yaşlarında olub və Heydər Əliyev adına Beynəlxalq hava limanında saxlanılıb.

Mənbənin dia.az-a açıqlamasında səsləndirdiyi iddialara görə, pul kütləsi Bakı şəhər icra hakimiyyətinin nüfuzlu məmurlarından birinə aid olub.

Onu da bildirək ki, AZAL-dan bununla bağlı münasibıət öyrənməyə çalışsaq da, kimsə bu barədə məlumatlı olmadığını və bu barədə şüquq-mühafizə orqanlarına və yaxud da gömrük orqanlarına müraciət etməyimizi məsləhət bildilər.

Çünki iddia olunur ki, böyük həcmdə pul kütləsi məhz hava limanının gömrükçüləri tərəfindən saxlanılıb.

Bununla bağlı araşdırmalarımız davıam edir. Və əlavə, habelə dolğun bilgiləri diqqətinizə çatdırmağa çalışacağıq. Bizi izləyin…

Qeyd: «AZAL»dan adının çəkilməsini istəməyən yetkililərdən biri «bu barədə bəlkə də qadağan edilib» deyərək ikibaşlı sözləri ilə də diqqətə gəldi…

Geri qayıt