Əsas Səhifə > Ölkə, Manşet > İsmət Abbasovun "sağ əli" hələ də hədəf olmaqdan yayına bilməyib...

İsmət Abbasovun "sağ əli" hələ də hədəf olmaqdan yayına bilməyib...


2-02-2015, 11:45
İsmət Abbasovun "sağ əli" hələ də hədəf olmaqdan yayına bilməyib...
“Aqrolizinq” ASC-nin keçmiş sədri Əli Bayramovun həbsinə hazırlıq gedir.

Bu barədə tia.az-ın əldə etdiyi məlumata görə, sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovla subsidiyaların verilməsində etdiyi maxinasiyalar başına dərd açıb. Ə.Bayramovu bir müddət əvvəl gözləyən həbs təhlükəsi sovuşmuşdusa, yenidən aktuallaşıb.
Prezidentin son çıxışında fermerlərlə bağlı iradları, subsidiyaların paylanmasında qeyd etdiyi tənqidlər keçmiş sədri çətin duruma salıb. Ə.Bayramov başda olmaqla bu qurum 2011-2013-cü illərdə dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə edib, bir sıra maliyyə pozuntularına yol verib.
Bir müddət öncə Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qurumun vəzifəli şəxslərinə qarşı açılan cinayət işi də yenidən icraata göndərilə bilər. Baş nazirin müavini olan İ.Abbasovun Ə.Bayramovu qoruyacağı isə sual altındadır. Çünki keçmiş KTN şefinin də vəziyyəti ürəkaçan deyil

Geri qayıt