Əsas Səhifə > Ölkə, Manşet > Azərbaycanlı nazir yeni ili xanım müğənni ilə qarşılayacaq

Azərbaycanlı nazir yeni ili xanım müğənni ilə qarşılayacaq


24-12-2014, 11:29
Azərbaycanlı nazir yeni ili xanım müğənni ilə qarşılayacaq
DİA.AZ: - Yeni ili hər kəs büdcəsinə uyğun şəkildə qarşılayır. Əslində buna məcburdur. Doğrudur, daha yaxşı şəkildə bayramı qeyd etmək istəyənlər arasında borca düşənlər də olur, amma bu nadir hallarda baş verir.

İmkan olanda isə, bayramı təmtəraqla qeyd etməyə əksəriyyət maraqlıdır. Elə Azərbaycanda nazir postunu tutan şəxslərdən biri kimi…

DİA.AZ-a daxil olan məlumatlı mənbənin xəbərində qeyd olunur ki, Azərbaycan nazirlərindən biri (redaksiyamız həmin nazirin kimliyini dəqiqləşdirir -red) bu gündən etibarən istirahətə yola düşüb.

Mənbə iddia edir ki, Avropada istirahətə üstünlük verən nazirimiz əydəncəsindən də qalmayıb. Belə ki, 120 min avro dəyərində tur-paketi satın alan nazirimizin əlavə sifarişlər də verdiyini söyləyən mənbə dia.az-a açılamasında bildirib ki, məmurumuz istirahətə tək getmir:

«Ona Türkiyənin tanınmış xanım müğənnilərindən biri yoldaşlıq edəcək. Ümumilikdə, nazirimizin 10 günlük istirahətinə 200 min avro pul xərcləməyə hazırlaşdığı məlumdur».

Onu da bildirək ki, bu yeni ili İstanbulda, Moskvada və daha digər populyar şəhərlərdə qeyd etmək istəyən deputatlarımızla bağlı da məlumatlar almışıq. Bu barədə yaxın vaxtlarda ilginc informasiyaları oxucularımızla bölüşəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt