Əsas Səhifə > Ölkə, Manşet > Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində məcburi bilet satılır
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində məcburi bilet satılır22-12-2014, 13:17 |
GUNDEMİNFO.AZ-ın redaksiyasına daxil olan məlumata əsasən qarşıdan yeni il tədbirləri gəlir. Bununla əlaqədar olaraq Əlikram Əliyev İdarənin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkə zinin direktoru Rəşadət Həşimovun xətti ilə (əvvəlki Vahid evi) Günəş şadlıq sarayında keçiriləcək şənliklərə məcburi bilet satdırmaqdadır. Əlikram Əliyev ilə Rəşadət Həşimov arasında kifayət qədər səmimi və sirli münasibət mövcuddur. Həmin biletlər isə elə Rəşadətin rəhbərlik etdiyi Mərkəzdə çap olunur. Bütün musiqi məktəbləri, kitabxana, mədəniyyət evləri və muzeylərə bu biletlər məcburi qaydada satdırılır. Birinin qiyməti 8 manat olan biletlər hər bir müəssisəyə 200-400 sayda verilir. İmtina etmək isə qadağandır. GUNDEMİNFO.AZ-a bu barədə məlumat verən mənbə bildirir ki, Əlikram Əliyev ilə yaxın qohum olan İdarənin kadrlar şöbəsinin müdiri Təranə Həsənova isə özünün kobud, aşağılayıcı, alçaldıcı rəftarı ilə bütün yaşlı və cavan mədəniyyət işçilərini bezdirib. Lakin rəisin yaxın qohumu statusu onu toxunulmaz edir. 30 yaşlı bu cavan qadın özündən qat-qat yaşlı direktor və işçilərlə hədsiz dərəcədə kobud rəftar etməkdədir. Əhəmiyyətsiz bir məsələ üçün insanları get-gələ salmaq bu qadının peşəsidir. İdarədəki problemlər bunlarla bitmir. Məlumdur ki, İdarənin tərkibində olan müəssisələrin maliyyələşməsi 1 və 2 saylı Maliyyə və İqtisad Regional Bölməsi tərəfindən həyata keçirilir. Dəfələrlə yazılıb ki, bu Regional Bölmələr Əlikram Əliyev üçün büdcədən pul silməklə məşğuldurlar. Buna sübut kimi onu demək olar ki, il ərzində maliyyə açılan dövrlərdə yəni ildə iki dəfə həmin maliyyə bölmələrinin rəhbərlərini əllərində politelin torba dolu pullarla İdarə rəisinin yanında görmək olar. Elə buna görədir ki, Əlikram Əliyev son illərdə ölçüsüz varidata yiyələnib. Bir çox məclislərdə fəxrlə dediyi kimi yaşadığı Mərdəkan qəsəbəsinin girişindən başlayan ticarət obyektləri, mebel mağazaları, çay, bilyard salonları, öz istifadəsində olan və yaxınlarına hədiyyə etdiyi sonu 047 ilə bitən avtomobillərin və digər nemətlərin sahibinə çevrilib. Təbii ki, o bunları inkar edəcək. Çünki bu obyektlər onun yaxın qohumlarının və tanışlarının adına rəsmiləşdirilib. Minlərlə narazı mədəniyyət işçilərini düşündürən bir sual var. Görəsən Əlikram Əliyev adi məmur maaşı ilə bu qədər var-dövlətə necə sahib ola bilib? Əlikram Əliyevin bu sehirli uğur düsturunu 130-170 manat əmək haqqı alan və aldıqlarından çoxunu məcburi biletlərə verən mədəniyyət işçiləri də öyrənmək istəyir. Gundeminfo.az-a daxil olan informasiyada daha sonra iddia edilir ki, mədəniyyət sahəsi kimi həssas və son illər dövlətimiz tərəfindən xüsusi diqqət ayrılan bir sahəyə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə nə üçün 1983-1986-cı illərdə məhkumluq həyatı yaşamış biri rəhbərlik edir? Əlikram Əliyev bu dərəcədəmi əvəzedilməz insandır?! Onu da nəzərinizə çatdıraq ki, Bakı şəhərində yerləşən incəsənət və musiqi məktəblərinin direktorlari ilə Əlikram Əliyevin arasında münasibət çox kritik səviyyəyə çatıb. Artıq heç bir direktor onunla işləmək niyyətində deyil. Biz mədəniyyət işçiləri dəfələrlə müraciət etsək də təəssüflər olsun ki, nə Əbülfəs Qarayev, nə də Hacıbala Abutalıbov heç bir reaksiya verməyiblər. Səsimizə səs verin. Yazılanlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |