Əsas Səhifə > Ölkə, Manşet > Şabranda müharibədən qaçan şəxsi 2-ci dəfə bələdiyyə sədri etmək istəyirlər
Şabranda müharibədən qaçan şəxsi 2-ci dəfə bələdiyyə sədri etmək istəyirlər20-12-2014, 16:05 |
DİA.AZ: - Şabran rayonu Pirəbədil Bələdiyyəliyinin Zeyvə kənd sakini Məmmədov Elxan Mildam oğlu DİA.AZ-a şikayət ərizəsi ilə müraciət edib. Şikayəti diqqətinizə təqdim edirik: “Məcburiyyət qarşısında qalaraq özümün, öz kəndimizin və əhatə üzrə digər kənd sakinlərinin adından Şabran rayonu Pirəbədil Bələdiyyəsinin saxtakar və fərari sədri Nuriyev Cəmaləddin Müzəfəddin oğlu ilə bağlı haqssızlıqlar barədə Sizə müraciət edərək daxılımızdə illərlə ürək ağrısı kimi yığılmış aşağdakıların qeyd edirəm. Bildirim ki, Şabran rayonu Zeyvə kənd sakini Nuriyev Cəmaləddin Müzəfəddin oğlu artıq 10 (on) ildir ki, Şabran rayonu Pirəbədil Bələdiyyəsi sədri vəzifəsindədir. Hazırdada növbəti bələdiyyə seçkilərində iştirak etmək və yenidən Bələdiyyə sədri seçilmək niyyətinədir. Nuriyev Cəmaləddin Müzəfəddin oğlunun fərari olduğu AR Hərbi Prokurorluğunun Bakı şəhər Hərbi Prokurorluğu tərəfindən aparılmış çinayət işi nəticəsində Nuriyev Cəmaləddin Müzəfəddin oğlunun şəxsən özünün rəsmi qaydada yazdığı ərizəsi ilə etiraf etməsi ilə təsdiq olunmuşdur. AR Hərbi Prokurorluğu Nuriyev Cəmaləddin Müzəfəddin oğlunun fərari olduğunu nəzərə alaraq onun saxta yolla əldə etdiyi hərbi biletinin ləğvi ilə bağlı qərar qəbul etmişdir. Bütün xalq, əhali Nuriyev Cəmaləddin Müzəfəddin oğlunun fərari olduğunu bilir. Fərarinin bələdiyyə sədri olması və yenidən seçilməsi üçün namizədliyin irəli sürərək seçkilərdə iştirak edəcəyi əhalidə, xüsusən də gələcək Azərbaycan əsgərlərində böyük ruh düşgünlüyü, hərbi xidmətdən yayınmaq əhval-ruhiyyəsini, Azərbaycan Ordusuna inamsızdıq yaradır.Çox biabırçılıq haldır ki, Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, həmçinin Şabran rayonunun digər Dövlət qurumlarının rəhbərləri bunları bilərək, Dövlətin, Respublika Rəhbərliyinin həyata keçirdiyi siyasətinə, əhalinin iradəsinə ZİDD OLARAQ, bilərəkdən bu haqsızlığın ayağ almasına yol verir, qarşısını almağının əvəzinə təkan verir. Bununla yanaşı, axı şəxsən Müdafiə Nazirliyi özü Milli Məclis qarşısında məsələ qaldırmışdır ki, hərbi xidmət keçməyən hər hansı bir Azərbaycan oğulu rəhbər vəzifəyə təyin olunmamalıdır və bu təklif Milli Məclisdə öz dəstəyini tapmışdır. Mənim haqsızdığa, fərari və saxtakar Cəmaləddin Nuriyevə qarşı qaldırdığım mübarizəyə görə məndən qisas almaq üçün Nuriyev Cəmaləddin Zeyvə kəndi ərazisində, mənim evimlə üzbəüz, uzun illər mənim istifadədə olan, şəxsən bələdiyyə sədrinin yazdığı cavabında da qeyd etdiyi kimi, bələdiyyəyə aid olmayan torpaq sahəsini zorla mənim əlimdən aldıraraq, heç bir sənədləşdirmə aparmadan, Dövlət Fonduna aid torpaq sahəsini İcra Başçısı cənab Novruz Novruzovun dəstəyi ilə Pirəbədil üzrə seçki Komissiyasının sədri Baloğlanov Nizami Rizvan oğluna qanunsuz çəpərlənməsinə, zəbt etməsinə dəstək verib. Çünki, Pirəbədil üzrə seçki Komissiyasının sədri Baloğlanov Nizami Rizvan oğlu Nuriyev Cəmaləddin Müzəfəddin oğluna Bələdiyyə Sədri vəzifəsinə seçilməsinə və təyin olunmasına köməklik göstərəcək. Onu da qeyd etmək istəyirəm ki, bundan əvvəlki seçkilərdədə, yəni 2004 və 2009-cu illərdədə Pirəbədil üzrə seçki Komissiyasının sədri Baloğlanov Nizami Rizvan oğlu Cəmaləddin Nuriyev Bələdiyyə sədri seçilməsi üçün, seçkilərin nəticələrinin Cəmaləddin Nuriyevin xeyrinə saxtalaşdırmasına əlindən gələn köməkliyi göstərmişdir. Əhali arasında olan söhbətə görə, Cəmaləddin Nuriyev Bələdiyyə sədri seçilməsi üçün 70 000(yetmiş min) manat verib və artıq bu məsələ həllin tapıb”. DİA.AZ bildirir ki, bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |