Əsas Səhifə > Ölkə, Manşet > İlqar Əliyevin “Ər-Riyad”ında hansı oyunlar çevrilir? – Sahibkarın haqqını yeyənlərin yalanı ifşa olundu

İlqar Əliyevin “Ər-Riyad”ında hansı oyunlar çevrilir? – Sahibkarın haqqını yeyənlərin yalanı ifşa olundu

15-12-2014, 12:20
İlqar Əliyevin “Ər-Riyad”ında hansı oyunlar çevrilir? – Sahibkarın haqqını yeyənlərin yalanı ifşa olundu
DİA.AZ: - Keçən günlərdə “Ər-Riyad” Ticarət Mərkəzininn rəhbərliyindən şikayət edən sahibkarın müraciətini diqqətinizə təqdim etmişdik. DİA.AZ-a haqqının tapdandığını iddia edərək müraciət edən sahibkar Taleh Ismayılov bildirirdi ki, 27 oktyabr 2007-ci ildə Az-100\132 saylı müqavilə ilə “Ər-Riyad” Ticarət Mərkəzindən dəyəri 72 min ABŞ dolları olan Bina 24, Xətt 13-də yerləşən 19 saylı 36 kvadratmetrlik mağaza götürüb ki, bundan sonr da qara günləri başlayıb:

“Hissə-hissə ödəmək şərti ilə hər ay “Ər-Riyad” TM-yə 34 min dollar pul ödəniş etdim. Sonra müqavilə şərtimiz pozuldu. Anlaşmamıza uyğun olaraq “Ər-Riyad” Ticarət Mərkəzi ödədiyim pulları geri qaytarmalı olsa da, həmin məbləğdən – 34 min ABŞ dollarından yalnız bir hissəsini – 12 min 500 dolları qaytardı. Qalan 21 min 500 dollar məbləğ hələ də TM tərəfindən qaytarılmayıb və neçə müddətdir ki, həmin pulu geri tələb etməyimə baxmayaraq, mənə şirkətin rəhbərliyində yer alan şəxslər müxtəlif bəhanələr gətirirlər. Ən çox da kassada pulun olmadığını bəhanə edirlər ki, bu da ağ yalandır. Onlar sadəcə olaraq bu yolla sanki vaxtı uzadırlar, adamı canından bezdirirlər.

Ən ağrılı olanı isə odur ki, həmin şəxslər bu yolla hörmətli İlqar Əliyevin işgüzar imicinə, cəmiyyət arasında olan hörmətinə də ləkə vurmuş olurlar”.

DİA.AZ-a danışan sahibkar bildirir ki, əgər ona şirkət tərəfindən olan borc ödənməzsə, prezident İlham Əliyevə müraciət edərək, işə müdaxiləsini istəyəcək: “Hörmətli Prezident dəfələrlə sahibkarların incidilməsi problemindən danışıb və öz mövqeyini ortaya qoyub. Sahibkarlar dövlətin dayağıdır. Mən də prezidentə ümid edirəm və özünün çüflis olduğunu iddia edən “Ər-Riyad” rəhbərliyi əgər pulumu qaytarmazsa, həm hüquq-mühafizə orqanlarına müraciət edəcəm, həm də prezidentdən kömək istəyəcəm”.
Onu da bildirək ki, DİA.AZ olaraq «Ər-Riyad» Ticarət Mərkəzi ilə də əlaqə saxlamışdıq və mərkəzin mühasibi pullarının olmadığını və qeyd olunan dükan yerinin bir mebel firmasına icarəyə verildiyini və həmin firma pul ödədikdən sonra borcu ödəyə biləcəklərini söyləmişdi.

Biz də keçən şənbə günü «Ər-Riyad» Ticarət mərkəzində olduq və maraqlı faktlar aşkarladıq. Sən demə, həmin mebel firması çoxdandır həmin dükanı işlədir və «Ər-Riyad» rəhbərliyinə pulunu da ödəyib. Pul ödənibsə və TM-nin borclu qaldığı Taleh İsmayılovun pulu ödənmirsə, burada rəsmən FIRILDAQÇILIQ var…

Qeyd edək ki, bizimlə söhbətində TM-nin mühasibi həm də alverlərinin olmamasından da giley-güzar etmişdi. Yəni qosqoca TM-də alver olmadığından onların da pulları yoxdur. Amma DİA.AZ əməkdaşlarının müşahidələri də təsdiqlədi ki, TM rəsmən işləyir və alver də var. Bunu təqdim etdiyimiz fotolardan da aydın şəkildə görə bilərsiniz.

Onu da bildirək ki, portalımız «Ər-Riyad»da başqa oyunların da çevrildiyini aşkara çıxarıb ki, bununla bağlı geniş reportajımızı da bu həftə ərzində diqqətinizə təqdim edəcəyik.

Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt