Əsas Səhifə > Ölkə, Manşet > Hacı İbrahim Nehrəmli böyük çətinliklə üz-üzə qalıb

Hacı İbrahim Nehrəmli böyük çətinliklə üz-üzə qalıb


12-12-2014, 15:22
Hacı İbrahim Nehrəmli böyük çətinliklə üz-üzə qalıb
DİA.AZ: - Keçən günlərdə «Avesta» konserni tərəfindən icrası həyata keçirilən «Xəzər Adaları» layihəsinin maliyyə böhranı ilə üzləşdiyi barədə xəbərlər yayılmışdı. Bildirək ki, qiyməti 100 milyard dollar olan bu layihədə təşkilatçılığı Hacı İbrahim Nehrəmli edir və layihəyə onlarla ciddi şirkət cəlb olunub.

Amma neftin qiymətinin aşağı düşməsi bu layihənin taleyini açıq şəkildə sual altında qoyub. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, bu səbəbdən Hacı İbrahim Nehrəmli bir neçə dünyaca məşhur milyarderi layihəsinə cəlb edə bilməsi üçün turneyə çıxıb.

Mənbənin dia-az.life-a söylədikləri: «Hacı İbrahim Nehrəmli yaxşı bilir ki, əgər bu layihə iflas olarsa, hesabatı təkcə özü yox, həm də onun layihəsinin səmərəsi hesabına bu gün Azərbaycanda mənsəb və mövqe sahibi olan qardaşları da verməli olacaqlar. Ona görə də artıq bir neçə tanınmış milyarderlə danışan Hacı İbrahim üçün bu gün bir nömrəli hədəf ciddi investorların cəlb edilməsidir».

Bu arada mənbəmiz maraqlı bir məqamı da açıqladı ki, Hacı İbrahim Nehrəmlinin «Xəzər Adaları» layihəsi əksər milyarderlər tərəfindən cəlbeidici hesab olunmur: «Onlar Rusiyanın qulağının dibində belə bir adanın hüzur içində olacağına inanmadıqlarından kimsə böyük sərmayəni Hacı İbrahimin vədlərinə etibar etmək istəmir».

Geri qayıt