Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Sumqayıt icra hakimiyyəti sakinlərin hüquqlarını necə pozur?
Sumqayıt icra hakimiyyəti sakinlərin hüquqlarını necə pozur?11-12-2014, 11:09 |
DİA.AZ: - Sumqayıtda 36-cı məhəllənin sakinləri dincliklərinin olmamasından şikayətçidirlər. DİA.AZ-a bu barədə yazan və konkret videomaterial yollayan Sumqayıt sakinləri bildirir ki, onların binalarının üzlənməsi işi neçə müddətdir ki, süni şəkildə uzadılır ki, bu da onların rahatçılığını pozmaqdadır. Sakinlər dia-az.life-a bildirirlər ki, bütün bunlar bir yana, fəhlələr qanunsuz olaraq bazar günləri də işlədilir ki, bu da binada yaşayanların istirahət hüquqlarının pozulması deməkdir: «Fəhlələrin işçi hüquqlarının pozulması bir yana, bizim də istirahət hüququmuz pozulur». Sakinlər bildirir ki, keçən bazar günü səhər saat 9 radələrindən binada qaynaq işləri həyata keçiriblər: «Bu işlər axşam saat 10-a qədər davam edir. Belə də iş olar? Biz Sumqayıt şəhər icra hakimiyyətinə məlumat versək də, xeyri olmayıb. İşin icraçısı isə bildirir ki, o, iş yubandığından gecəli-gündüzlü, istirahət günlərində belə işləmək zorundadır. Əgər bu belədirsə, o zaman bizim günahımız nədir?» Onu da bildirək ki, DİA.AZ-a göndərilən videomaterialdan sakinlərlə yanaşı, işçilərin də hüquqlarının pozulduğu açıq-aşkar ortadadır. Heç bir təhlükəsizlik tədbiri görülmədən çalışdırılan işçilər rəsmən Allahın ümidinə buraxılıblar… Geri qayıt |