Əsas Səhifə > Ölkə, Manşet > Şəkidə tam olaraq özbaşınalıq mühiti hökm sürür - İcra başçısından hər kəs narazıdır

Şəkidə tam olaraq özbaşınalıq mühiti hökm sürür - İcra başçısından hər kəs narazıdır


9-12-2014, 12:25
Şəkidə tam olaraq özbaşınalıq mühiti hökm sürür - İcra başçısından hər kəs narazıdır
DİA.AZ: - Şəkili sahibkarlar rayon icra hakimiyyətinin başçısı Elxan Usubovdan şikaətçidirlər. Belə ki, DİA.AZ-a yazan narazı iş adamları iddia edir ki, neçə müddət idi, başları sakit idi…:

«Amma yenidən icra hakimiyyətinin başçısı adından bizdən pul tələb edirlər. Etiraz edəndə, deyəndə ki, «prezident sahibkarlarla bağlı icra başçılarına xəbərdarlıq edib», kimsə bunu nəzərə almır.

Cəmin 6 ay bizdən pul almadılar. Doğrudur, bu müddətdə müəyyən xərclərimiz çıxdı. İcra başçısının tələbi ilə abadlıq-quruculuq işlərinə cəlb olunduq. Amma indi yenidən konkret olaraq başçının adından aylıq tələb edirlər. Kimindən 500, kimindən də 2000 manat. Bizə kömək edin».

Dia.az- bildirir ki, Elxan Usubovla bağlı bu yeganə şikayət deyil. Bələdiyyə seçkilərinə hazırlıqla bağlı narazılığını ifadə edən Şəki şəhər sakini Maarif Əzizov bildirir ki, o, seçkilərdə namizəd olmaq istəsə də, yerli icra qurumları bunun qarşısını alıb: «Mənə açıq şəkildə bildirdilər ki, namizəd ola bilmərəm. Çünki «yerlər dolub». Başçı kimi istəyirsə, onu seçkiyə buraxır, onu bələdiyyəyə seçir».

Bütün bu iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt