Əsas Səhifə > Ölkə, Manşet > "O olimpiya komplekslərindən niyə bizim rayonda da yoxdur?"...

"O olimpiya komplekslərindən niyə bizim rayonda da yoxdur?"...


8-12-2014, 10:40
"O olimpiya komplekslərindən niyə bizim rayonda da yoxdur?"...
DİA.AZ: - Ucar rayon Oğuz küçəsi 7 ünvanında yaşayan Abdullayev Vasif Əkbər oğlu yenidən Gənclər və İdman Naziri Azad Rəhimova ucarlılar adından müraciət ünvanlayıb. Qeyd edək ki, davamlı şəkildə nazirə ünvananlanan müraciətlərə nədənsə cavab verilmir ki, bu da Ucar sakinini də narahat edir. DİA.AZ olaraq müraciəti təqdim edirik:

"Bir müddət öncə mətbuat vasitəsi ilə Gənclər və İdman Nazirliyinə Azad Rəhimova müraciət edərək Ucar rayonunda idman qurğularının olmaması və mövcud stadionların xarabalıq halında olması haqda müraciət etmişdik. Lakin Gənclər və İdman Nazirliyi tərəfindən müraciətimə heç bir reaksiya verilməyib və münasibət bildirilməyib. Digər şəhər və rayonlarda olimpiya kompleksləri inşa edildiyi halda Ucar rayonunda isə İdman Nazirliyi xaraba qalmış stadionları təmir etməkdən belə yayınır.

Cənab nazir Azad Rəhimov! Siz mövcud qanunvericilikləri nəzərəə almayaraq Ucar rayonundan gələn müraciətə reaksiya belə vermirsiz. Ola bilsin ki, müraciətim sizin üçün əhəmiyyətli deyil, ancaq xatırladıram ki, Sizin işiniz elə gənclər və onları düşündürən problemlərə diqqət ayırmaqdan ibarətdir.
Odur ki, cənab Azad Rəhimov, Sizdən vətəndaş olaraq tələb edirəm ki, qaldırdığımız problemə diqqət ayırasınız..."

"O olimpiya komplekslərindən niyə bizim rayonda da yoxdur?"...
"O olimpiya komplekslərindən niyə bizim rayonda da yoxdur?"...
"O olimpiya komplekslərindən niyə bizim rayonda da yoxdur?"...

Geri qayıt