Əsas Səhifə > Ölkə, Manşet > Sabirabadda iki idarə arasında qalmaqal

Sabirabadda iki idarə arasında qalmaqal


1-12-2014, 14:29
Sabirabadda iki idarə arasında qalmaqal
DİA.AZ: - Sabirabad rayonunda iki idarə arasında qalmaqal yaşanır. Rayondakı qaynaqlardan DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Sabirabadın Suvarma Sistemləri İdarəsi ilə Sabirabad Elektrik Paylayıcı Şəkəbəkə arasında narazılıq yaşanır. Suvarma Sistemləri İdarəsinin rəisi Mirəlif Əzizov uzun zamandır ki, Sabirabadda olmadığından idarənin işıqpuluna körə işıqları kəsilib. Nəticə etibarilə də rayonda Kürkəndə, Məmişlər, Ulacalı və bir çox kəndlərinə suvuran nasoslar işləmir. Rayon əhalisinin verdiyi məlumata əsasən hazırda kəndlərdə əkin sahələrinin arata qoyüulma dövrü olduğundan təsərrüfat suyuna ciddi ehtiyac yaranıb.

Dia.az-a daxil olan məlumatda vurğulanır ki, Suvarma Sistemləri İdarəsinin vaxtında elektrik enerjisinə görə, olan borcu ödənilmədiyindən əhali ağır duruma düşüb. Qeyd edək ki, son zamanlar Sabirabad Suvarma Sistemləri İdarəsinin bir sıra dövlət təşkilatlarına qarşılıqlı borcları yarandığından bu idarə ilə narazılıqlar yaşanmaqdadır.

Mövzu ilə bağlı kəndlərdən gələn şikayətləri araşdırırıq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt