Əsas Səhifə > Ölkə, Manşet > Saatlıda Prezidentin sərəncamına kimlər və niyə əməl etmirlər?
Saatlıda Prezidentin sərəncamına kimlər və niyə əməl etmirlər?24-11-2014, 11:53 |
DİA.AZ: - Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamın üstündən 1 ildən artıq vaxt ötsə də, bu vaxta qədər həmin sərəncam Saatlı Rayon Mərkəzi Xəstəxanasında hələ də icra olunmur. Baş həkimlə baş mühasib bunun günahını Səhiyyə Nazirliyində görür. Onlar deyirlər ki, Səhiyyə Nazirliyindən göstəriş gəlməyənə qədər Prezidentin sərəncamını icra etməyəcəklər. Yəni, doğurdanmı, bir ildən artıqdır ki, Səhiyyə Nazirliyi Prezidentin sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar tabeçiliyndə olan, o cümlədən, Saatlı Rayon Mərkəzi Xəstəxanasına hələ də göstəriş verməyib? DİA.AZ xatırladır ki, Azərbaycan Prezidenti elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında 14 sentyabr 2013-cü il tarixli sərəncam imzalayıb. Sərəncama görə, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan “elmlər doktoru” və “fəlsəfə doktoru” elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına elmi dərəcələrə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əlavələr 2013-cü il sentyabrın 1-dən iki dəfə artırılb. 2013-cü il sentyabrın 1-dək dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan “elmlər doktoru“ elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına elmi dərəcəyə görə 50 manat, “fəlsəfə doktoru”na isə 30 manat əlavə olunurdu. Ölkə başçısının sərəncamına görə isə, 2013-cü il sentyabrın 1-dən bu məbləğlər müvafiq olaraq 100 və 60 mant oldu. Saatlı Rayon Mərkəzi Xəstəxanasında çalışan tibb elmləri üzrə fəlsəfə doktoru Ağadədə Əliyev hələ də ona çatacaq məbləği ala bilmir. Bir ildən artıqdır ki, xəstəxananın rəhbərliyinə müraciət edən tibb elmləri üzrə fəlsəfə doktoruna baş həkimlə baş mühasib deyir ki, Səhiyyə Nazirliyndən göstəriş gəlməyənə qədər Prezidentin sərəncamına əməl edə bilmərik. Mərkəzi Xəstəxananın baş həkimi ilə baş mühasibi haqqını tələb edən həkim Ağadədə Əliyevə sonuncu dəfə hədə-qorxu da gəliblər və bildirblər ki, get kimə istəyirsən şikayət et. Biz Səhiyyə Nazirliyini tanıyırıq. Nə vaxt oradan bizə desələr ki, Prezidentin sərəncamını icra edin, ondan sonra sənin pulunu verəcəyik. Hətta, həkim A.Əliyev baş həkimlə baş mühasibə Prezidentin sərəncamını da göstərib. Bunun da bir faydası olmayıb. Bu dəfə də deyiblər ki, bizə Səhiyyə Nazirliyindən göstəriş verilməyib. Prezidentin sərəncamının üstündən bir ildən artıq vaxt keçməinə baxmayaraq hələ də icra olunmamasında günahın Səhiyyə Nazirliyində olması bir o qədər də inandırıcı deyil. Hecə olur ki, respublikamızın bütün səhiyyə təşkilatlarında bu sərəncam yüksək səviyyədə icra olunur, ancaq Saatlı rayonunda isə yox. Bu, rayon səhiyyə şöbəsinin məqsədli şəkildə insanlara əzab-əziyyət verməsindən və süni narazılıq yartmasından başqa bir şey deyil. Bir də onların Prezidentin sərəncamına hörmətsizliyidir. Təəccüblüdür, görəsən Saatlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi Prezidentin sərəncamının bir ildən artıqdır ki, icra olunmamasına və baş həkimlə baş mühasibin bu özbaşınalığına niyə göz yumur? Elman Kərimov, Saatlı – DİA.AZ Geri qayıt |