Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Fətullah Gülən camaatı rəsmi Bakı ilə münasibətlərini qaydaya salmağa çalışır

Fətullah Gülən camaatı rəsmi Bakı ilə münasibətlərini qaydaya salmağa çalışır


19-11-2014, 13:09
Fətullah Gülən camaatı rəsmi Bakı ilə münasibətlərini qaydaya salmağa çalışır
DİA.AZ: - «Azərbaycanda nurçuların yenidən təmərküzləşməsi prosesi gedir. Artıq bir neçə belə toplantı baş tutub. Bu günlərdə isə Türkiyədən gələn nüəuzlu bir simanın iştirakı ilə Bakıda mühüm şəxslərlə görüş keçirilib». Bu şok faktlar DİA.AZ-ın elektron poçtuna göndərilən məktubdandır.

Anonim hesab oluna biləcək qaynaq dia.az-a yolladığı məlumatında iddia edir ki, Bakıdakı retoranların birində keçən şənbə günü baş tutan görüşdə ilginc anlaşma əldə olunub:

«Nurçular Azərbaycanda qalıb fəaliyyət göstərə, əllərindəki imkanları qoruya bilmələri üçün bütün mümkün addımları müzakirə ediblər. Hətta konkret bir heyət də yaradılıb ki, bu heyət Azərbaycanda nurçuların Fətullah Gülən qanadının rəsmi Bakı ilə münasibətlərinin qaydasına salınması üçün fəaliyyət göstərməlidir».

Mənbə daha sonra dia.az-a bildirir: «Fətullah Gülənin özü də dəfələrlə müxtəlif yollarla rəsmi Bakı ilə danışıqlarda maraqlı olduğunu nümayiş etdirib. Hətta davamlı olaraq Gülənə yaxın məmurların «vurulması» dönəmində də bu təşəbbüslər hiss olunurdu.

Son həftələr ərzində isə Gülən camaatının Bakı ilə dostlaşma meyilləri daha da güclənib».

Geri qayıt