Əsas Səhifə > Ölkə, Manşet > Hakimiyyət yeni kadr islahatları astanasında - Kim hansı vəzifədən hansı vəzifəyə keçir

Hakimiyyət yeni kadr islahatları astanasında - Kim hansı vəzifədən hansı vəzifəyə keçir


18-11-2014, 12:53
Hakimiyyət yeni kadr islahatları astanasında - Kim hansı vəzifədən hansı vəzifəyə keçir
DİA.AZ: - «Yaxın günlərdə yeni kadr islahatları baş tutacaq. Bu dəfə təkcə rayon icra başçılarından bəzilərinin vəzifədən alınmaları ilə deyil, həm də iki dövlət komitəsində baş tutacaq dəyişikliklərlə də proses cəlbedici olacaq». Bu sözləri DİA.AZ-a bildirən hökumətdəki məlumatlı mənbə iddia edir ki, yaxın günlərdə prosesin start düyməsi basılır.

Onu da xatırladaq ki, dia.az olaraq hansı rayonların İH başçılarının görəvdən alınacaqları ilə bağlı müəyyən bilgiləri diqqətinizə təqdim etmişdik.

Mənbə bildirir ki, bununla yanaşı, Əmlak Məsələləri üzrə və Diasporalarla İş üzrə dövlət komitələrində də bir sıra kadr dəyişiklikləri baş verəcək.

Bu arada məlumatı verən qaynaq maraqlı bir faktı da açıqlayıb. Bildirilir ki, gözlənilən kadr islahatları zamanı Kərəm Həsənovun rəhbərlik etdiyi əmlak məsələləri üzrə dövlət komitəsinin yetkililərindən birinin Bakının Xətai rayonuna icra başçısı təyin edilməsi də gözlənilir.

Geri qayıt