Əsas Səhifə > Ölkə, Manşet > Elmar Vəliyevin əleyhinə Gəncədə qrup yarandı - Başçılığa yeni namizəd hazırlanır
Elmar Vəliyevin əleyhinə Gəncədə qrup yarandı - Başçılığa yeni namizəd hazırlanır17-11-2014, 13:10 |
DİA.AZ: - «Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı yeni cəbhə yaranıb». Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia dia-az.life-a açıqlamasında edir ki, neçə müddətdir ki, Gəncə ŞİH başçısına qarşı müəyyən qruplar hərəkətdədirlər: «Artıq belə bir qruplaşma Gəncədə də yaranıb. Maraqlı orasıdır ki, Elmar Vəliyevə qarşı cəbhələşən qrup köhnə məmur heyətidir. Elmar Vəliyev Gəncə ŞİH başçısı təyin olunduğu zamandan işdən çıxardığı kadrlar ona qarşı cəbhələşiblər. İndi Elmar Vəliyevə qarşı yeni kadr hazırlayırlar. Həmin şəxsin kifayət qədər imkanı olduğundan onu Elmar Vəliyevə ciddi rəqib də hesab etmək olar». Mənbə həmin «rəqibin» kimliyi barədə dolğun bilgi verməsə də, əlavə edib ki, hazırlanan kadr keçmiş baş nazir Surət Hüseynova da yaxın birisi hesab olunur… Geri qayıt |