Əsas Səhifə > Ölkə, Manşet > Dövlət Neft Şirkətinin rəhbəri postunda dəyişiklik təşəbbüsləri müzakirə olunur

Dövlət Neft Şirkətinin rəhbəri postunda dəyişiklik təşəbbüsləri müzakirə olunur


17-10-2014, 12:02
Dövlət Neft Şirkətinin rəhbəri postunda dəyişiklik təşəbbüsləri müzakirə olunur
DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə qarşı fəaliyyət göstərən qruplaşma peyda olub. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən xəbər ötürülüb. Xəbəri verən qaynaq iddia edir ki, Rövnəq Abdullayevi devirməyə hazırlaşan qruplaşma hansısa kənar ünvanda yox, elə ARDNŞ-nin özündəcə qərarlaşıb.

Məlumatı verən mənbə dia.az-a açıqlamasında iddia edir ki, ARDNŞ rəhbərliyinə aid bir neçə fiqurun da qatıldığı konkret bir qruplaşma var ki, bu gün kənardan dəstək hesabına Rövnəq Abdullayevə qarşı əməlli-başlı koalisiya yaradıblar.

Mənbə bildirir: «Rövnəq Abdullayevlə bağlı yuxarı instansiyalara davamlı olaraq kompromat xarakterli materiallar ötürülür. Və artıq sözügedən qruplaşma müəyyən qədər istəyinə nail olub da. ARDNŞ şefi postunda dəyişiklik qərarının «yuxarılar» tərəfindən müzakirəyə çıxarılmasının özü belə sözügedən qrupun qələbəsi kimi qəbul edilməlidir».

Onu da bildirək ki, sözügedən qrupda təmsil olunan ARDNŞ yetkililərinin konkret siyahısını da əldə etmişik. Bu barədə yaxın vaxtlarda şok faktları diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Geri qayıt