Əsas Səhifə > Ölkə, Manşet > Kərəm Həsənovun qardaşı oğluna qarşı ittihamlar gəldi

Kərəm Həsənovun qardaşı oğluna qarşı ittihamlar gəldi


1-10-2014, 17:08
Kərəm Həsənovun qardaşı oğluna qarşı ittihamlar gəldi
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) Türkiyə Respublikasının vətəndaşı, ölkəmizdə çalışan iş adamı, “Asmet LTD” şirkətinin keçmiş direktoru Mehmet Uğursevənlərin şikayəti əsasında Dövlət Miqrasiya Xidmətində baş verən qanusuzluqlarla bağlı araşdırma yazıları dərc edir. Qısa xatırlatma üçün bildirək ki, Mehmet Uğursevənlər DMX-də baş verən qanunsuzluqlara etiraz elədiyi üçün qurumun rəhbərliyi onu və vaxtilə rəhbərlik elədiyi şirkəti cəzalandırmaq qərarına gəlib. Hətta heç bir əsas olmadan DMX-nin əməkdaşları şirkətin ofisində qəflətən “partizanlıq edərək əməliyyat keçirib və keçmiş direktor barəsində saxta protokol tərtib edərək onu protoloku imzalamağa məcbur ediblər. Keçmiş direktor saxta protokolu imzalamaqdan imtina edəndə DMX-nin əməkdaşları şirkətin hazırkı direktoru Nəriman Qurbanovdan xahiş ediblər ki, Mehmet Uğursevənləri yola gətirsin. Araşdırma zamanı məlum olub ki, DMX-nin əməkdaşları şirkətdə yoxlama apararkən Ədliyyə Nazirliyinin əmrindən çıxarış təqdim etməyiblər. Hətta “əməliyyat”dan 4 saat sonra yoxlama ilə bağlı məlumat Xidmətin reestrinə qeyd olunub. Yəni sözün tam mənasında əməliyyat qanusuz keçirilib. Və qanunsuz əməliyyata DMX-nin daxili nəzarət şöbəsinin rəisi Emin Həsənov rəhbərlik edib. Əldə etdiyimiz məlumata görə, Emin Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sərdi Kərəm Həsənovun qardaşı oğludur. Görünür, Emin Həsənov Kərəm Həsənov və millət vəkili Malik Həsənov kimi dayaqlarına arxayın olaraq istənilən qanunsuz əməliyyata rəhbərlik edir. Əldə etdiyimiz məlumata görə Emin Həsənov hətta DMX-nin rəisi Firudin Nəbiyevə də qarşı saymazlıq göstərir.

Geri qayıt