Əsas Səhifə > Ölkə, Manşet > Şabranda bələdiyyə sədri keçmiş rəis müavininə stadion satıb

Şabranda bələdiyyə sədri keçmiş rəis müavininə stadion satıb


30-09-2014, 11:46
Şabranda bələdiyyə sədri keçmiş rəis müavininə stadion satıb
DİA.AZ: - Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Cəmaləddin Nuriyev stadion satmaqda ittiham olunur.

DİA.AZ bildirir ki,bu barədə axar.az-a bu haqda məlumat verən Pirəbədil kənd sakinlərinin sözlərinə görə, idman meydançası paytaxtın Nizami rayonunda polis rəisinin müavini olmuş Altay Babayevə satılıb. Bu da sakinlərin narazılığına səbəb olub. Onlar kənd əhlinə məxsus olan stadionun qanunsuz olaraq satılması və hasarlanmasından şikayətlənirlər.

Sakinlər qeyd edirlər ki, kənddə uşaqların əylənməsi, idmanla məşğul olması üçün nəzərdə tutulan stadionun sabiq rəis müavininə satılması bələdiyyə sədrinin özbaşına qərarıdır. Şikayətçilər dəfələrlə bələdiyyə sədrinə bu barədə müraciət ediblər.

Lakin C.Nuriyev onların şikayətinə məhəl qoymayıb. Ancaq son müraciətdə sakinlərə bildirib ki, stadionu geri qaytarmaq imkanına malik deyil. Çünki A.Babayev Şabranın sabiq icra başçısı Sündüz Babayevanın qardaşıdır.

Geri qayıt