Əsas Səhifə > Ölkə, Manşet > Bələdiyyə işçisindən ədliyyə nazirliyinə torpaq maxinasiyası ittihamı

Bələdiyyə işçisindən ədliyyə nazirliyinə torpaq maxinasiyası ittihamı


26-09-2014, 12:06
Bələdiyyə işçisindən ədliyyə nazirliyinə torpaq maxinasiyası ittihamı
DİA.AZ: - Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkiləri müəyyən problemlər də yaradıb. Bu barədə DİA.AZ-a şikayət edən Bakıdakı bələdiyyələrdən birinin işçisi olduqca ilginc faktları açıqlayıb.

Adının anonimliyinin qorunmasını istəyən mənbə dia.az-a bildirib ki, onun üzvü olduğu bələdiyyə hələ 8 ay əvvəl Ədliyyə Nazirliyinə bələdiyyə üçün nəzərdə tutulan yeni torpaq sahələrinin rəsmiləşdirilməsi üçün müraciət etsə də, hələ də müvafiq cavab ala bilmirlər.

Bələdiyyə işçisi bunu maraqlı formada izah edir: «Ədliyyə nazirliyinin bu mövqeyi onunla əlaqədardır ki, artıq indiki bələdiyyələrin fəaliyyət müddəti başa çatır. Və yeni bələdiyyələrdən pul aldıqdan sonra yeni torpaq sahələri də satış üçün məhz onlara ayrılacaq. Köhnə bələdiyyələrlə alış-verişləri artıq bitmiş hesab olunduğundan qərarı məqsədli şəkildə yubadırlar».

Onu da qeyd edək ki, ədliyyə nazirliyinin bu cür davranışı neçə müddətdir torpaq növbəsində dayanan sıravi vətəndaşlara da problemlər yaradır. Bunu da bələdiyyə işçisi deyir.

Geri qayıt