Əsas Səhifə > Ölkə, Manşet > Bakının mərkəzində yaşıllıqları xımır-xımır məhv edirlər
Bakının mərkəzində yaşıllıqları xımır-xımır məhv edirlər9-09-2014, 12:07 |
Bir neçə gün öncə Nəsimi rayonunda bir neçə ağacın qırılmasına millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sərt reaksiyası ölkə mediasının manşet xəbərinə çevrildi. Bəzi iddialara görə rayonun icra başçısı buna görə ciddi tənbeh edilib və hansısa formada cəzalandırılıb. Amma bütün bu cəzalara və ictimai nəzarətə, medianın necə deyərlər, gözdən tük çəkməsinə rəğmən bəzi işbazlar öz bildiyindədir və nə qanunlardan çəkinirlər, nə hansısa formada cəzalandırılmaqdan... Moderator.az oxuculara 7-ci mikrorayonda, Süleyman Sani Axundov küçəsində inşa edilən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın binasının yaxınlığındakı şam ağacları ahəstəcə qırılır və kimsənin diqqətini cəlb etməsin deyə bu iş ehtiyatla aparılır. Amma təbii ki, Moderator.az-ın obyektivindən yayınmaq o qədər də asan deyil. Sadəcə açıq qalan bir sual var, görəsən bu dəfə kimin reaksiyası lazım ki, yaşıllıqların qənimləri cəzalandırılsınlar, necə deyərlər öz paylarını alsınlar...? DİA.AZ-dan: Hər halda hörmətli Ekologiya və Təbii Sərvətlər Nazirimiz Hüzeynqulu Bağırovun bu yaşıllıq faciəsindən xəbərsiz olduğunu güman edirik. Amma indi artıq olay ictimailəşib. Haydı, cənablar, bu nəfəsimizi kəsənlərin nəfəsini kəsin... Geri qayıt |