Əsas Səhifə > Ölkə, Manşet > Bu günlərdə Qafqaz Universitetinin adı və rəhbərliyi dəyişdirilir

Bu günlərdə Qafqaz Universitetinin adı və rəhbərliyi dəyişdirilir


5-09-2014, 12:31
Bu günlərdə Qafqaz Universitetinin adı və rəhbərliyi dəyişdirilir
DİA.AZ: - Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən sonra Gülən cameəsinin zərbə alacağı gözlənilirdi və bu da baş verdi. Artıq Fətullah Gülənə aid Azərbaycandakı liseylərin taleyinə aydınlıq gətirildi və məlum oldu ki, liseylər bundan sonra «Zərifə Əliyeva adına liseylr» kimi fəaliyyət göstərəcək.

DİA.AZ-a bu barədə daxil olan son məlumatlardan isə aydın olur ki, Fətullah Gülən camaatının Azərbaycan təhsilindəki son qalası hesab olunan Qafqaz Universitetinin rəhbər heyətinin dəyişdirilməsi planlaşdırılır.

Xatırladaq ki, bu barədə bir neçə gün əvvəl mətbuata açıqlama verən ARDNŞ yetkilisi Xalik Məmmədov bildirmişdi ki, Qafqaz Universiteti bağlanmayacaq, milliləşdiriləcək.

DİA.AZ-a ARDNŞ-dəki qaynaqlardan ötürülən informasiyaya görə, artıq Qafqaz Universitetinin adının və rəhbərliyinin dəyişdirilməsi müzakirə olunur.

Məlumatlara görə, Qafqaz Universiteti bundan sonra «SOCAR» Akademiyası kimi fəaliyyətini davam etdirəcək.

Geri qayıt