Əsas Səhifə > Ölkə, Manşet > AST Telman müflisləşməkdə olan “Hafka”nın “Bakı”sını satın ala bilər

AST Telman müflisləşməkdə olan “Hafka”nın “Bakı”sını satın ala bilər


2-09-2014, 12:28
AST Telman müflisləşməkdə olan “Hafka”nın “Bakı”sını satın ala bilər
DİA.AZ: - Azərbaycan əsilli tanınmış rusiyalı iş adamı Telman İsmayılov nəhayət ki, Azərbaycana sərmayə qoymağı gözdən keçirir. Bu barədə DİA.AZ Rusiya KİV-lərindən məlumat əlda edib.

Xəbərə görə, tanınmış milyarder Azərbaycan futboluna pul ayırmaq fikrindədir. Bu məqsədlə onun yerli futbol klublarından birini satın alacağı gözlənilir.

DİA.AZ-ın Bakıdakı qaynaqlardan əldə etdiyi xəbərdə isə qeyd olunur ki, AST Telman spn günlər özünün ağır günlərini yaşayan “Bakı” klubunu ala bilər.

Qeyd edək ki, hazırda həmin klub digər tanınmış iş adamı – “Hafka” ayamalı Hafiz Məmmədova aiddir. Amma nədənsə Hafiz Məmmədov son aylarda “Bakı” klubuna maddi baxımdan o qədər də ciddi dəstək vermir ki, bu da klubda böhranlı günlərə nədən olub.

Əgər AST Telman həqiqətən də bu klubu satın alarsa, o zaman “Bakı”dakı böhran da bitmiş olacaq.

Geri qayıt