Əsas Səhifə > Ölkə, Manşet > Kimi üçünsə kiçik görünə bilər, amma dövlət üçün qarət, elə qarətdir – Qubada 18 min manatlıq yeyinti

Kimi üçünsə kiçik görünə bilər, amma dövlət üçün qarət, elə qarətdir – Qubada 18 min manatlıq yeyinti


29-08-2014, 12:20
Kimi üçünsə kiçik görünə bilər, amma dövlət üçün qarət, elə qarətdir – Qubada 18 min manatlıq yeyinti
DİA.AZ: - Tender yolu ilə əldə edilən vəsaitin mənimsənilməsi icra başçılarının əsas gəlir mənbəyi sayılır. İcra başçıları özlərinə yaxın şəxslərə məxsus MMC-lər vasitəsi ilə tenderlərə qatılır və müxtəlif adlar altında külli miqdarda vəsait əldə edərək mənimsəyirlər. Bu barədə ölkə mətbuatında dəfələrlə yazılıb.

Bildirək ki, bu barədə DİA.AZ-a Quba rayonundakı qaynaqlardan daha bir maraqlı məlumat daxil olub.

Redaksiyamıza verilən informasiya qeyd olunur ki, 2013-cü ildə Quba rayon İcra Hakimiyyəti nəqliyyat vasitələrinin satınalınması adı altında tenderə qatılaraq “Nurgün Motors” MMC adından 18000 manatlıq avtomobil alıb. Amma bu avtomobilin markası və hazırda kimin istifadəsində olması barədə müəmmalar var. Daha doğrusu, bu avtomobil icra hakimiyyətinin avtoparkında görünmür.

DİA.AZ-a danışan mənbə vurğulayır ki, hər halda 18000-lik avtomobilin hara qeyb olması barədə icra başçısı Mübariz Ağayev və qurumun diğər rəsmi şəxsləri məlumatlı olmalıdırlar: “Amma çox təəssüf ki, onlar da bilmirlər”.

Avtomobilin harada və kimin istifadəsində olduğunu öyrənmək üçün rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun İnformasiya təminatı sektorundan bildidilər ki, bu barədə onlarda heç bir məlumat yoxdur.

Elə isə, qəribədir? 18000 manatlıq avtomobil hara qeyb olub? Yaxud, “Nurgün Motors” MMC ilə Mübariz Ağayevi hansı əlaqələr birləşdirir?

Mövzunu araşdıracağıq.

Geri qayıt