Əsas Səhifə > Ölkə, Manşet > Türkiyə KİV-ləri Qarabağda ermənilərin verdiyi itki sayını açıqladı:

Türkiyə KİV-ləri Qarabağda ermənilərin verdiyi itki sayını açıqladı:


5-08-2014, 14:54
Türkiyə KİV-ləri Qarabağda ermənilərin verdiyi itki sayını açıqladı:
DİA.AZ: - Neçə gündür ki, cəbhə xəttindən müxtəlif xəbərlər gəlsə də, hələ də həm Azərbaycan və həm də düşmən tərəfinin hansı sayda itkilər verməsilə bağlı dəqiq bilgilər mövcud deyil. DİA.AZ bildirir ki, bu arada Türkiyə KİV-ləri Qarabağda gedən son döyüşlər zamanı Azərbaycanın işğal altında olan Ağdam rayonu uğrunda gedən döyüşlərdə 14 Azərbaycan əsgərinin şəhid olduğunu bildirməklə yanaşı ermənilərin verdiyi itkilər barədə də dəqiq informasiyanı yayıblar.

Türkiyə KİV-ləri Qarabağda ermənilərin verdiyi itki sayını açıqladı:

DİA.AZ-ın məlumatına görə Türkiyə mətbuatı ermənilərin döyüşlər zamanı 50 əsgərini itirdiyi haqda xəbər yayıb.

Onu da bildirək ki, erməni mənbələri israrla itkilərinin sayının 5 nəfər olduğunu bildirirlər.

Geri qayıt