Əsas Səhifə > Ölkə, Manşet > Xaləddin İsgəndərov Qarabağ əlilinə niyə qənim kəsilib?
Xaləddin İsgəndərov Qarabağ əlilinə niyə qənim kəsilib?1-08-2014, 13:50 |
“Dövlət tərəfindən verilən evimi oğlum əlil doğulduğu üçün satdım”-deyən, Qarabağ əlili Ramiz Məmmədov bugün də evsiz-eşiksizdir. Binəqədi rayonu Biləcəri qəsəbəsində torpaq sahəsi olan R.Məmmədov 3 ildir ki, ev tikməyə çalışır lakin icra nümayəndələri evi sökürlər. Bu səbəblə redaksiyamıza müraciət edən, şikayətçi durumu ilə bağlı yardım edilməsini rica edir: “Evimi tikmək üçün bankdan da 6 min manat borc pul götürmüşəm. Hələ də onun faizlərini ödəyirəm. Amma evi tikə bilməmişəm. 3 ildir yorulmuşam daha get-gəldən. Pul da dağılıb, gedir. Mən 3 dəfə yaralanmış adamam. Məndən ev tikməyə 5 min manat pul istəyirlər. Hardan tapım?! 20 yanvar hadisələri zamanı, bir dəfə Fizulidə, bir dəfə də Qazaxda yaralanmışam. Bu dəqiqə də ayağımda qəlpə var. Başımın yarısı yoxdur. Mən də bəziləri kimi yalandan əlil olsam yanmazdım”. Bələdiyyə nümayəndələrinin evin tikintisinə heç bir mənfi müdaxilə etmədiyini deyən, şikayətçi evi tikməyə İcra Hakimiyyəti nümayəndələrinin izn vermədiyni söylədi. Hələ də kirayədə yaşayan R.Məmmədov, aidiyyatı qurumlardan onun probleminə diqqət yetirilməsini xahiş edir. \\ musavat.com \\ Geri qayıt |