Əsas Səhifə > Ölkə, Manşet > Haqqı tapdanan Gədəbəy sakini prezidentdən kömək istədi
Haqqı tapdanan Gədəbəy sakini prezidentdən kömək istədi2-07-2014, 11:32 |
Redaksiyamıza Gədəbəy rayonunun Arıxdam kənd sakini Məmmədov Məhərrəm Kərim oğlunun dövlət başçısı İ.Əliyevə ünvanlanmış müraciəti daxil olub. Müraciətdə bildirilir: “Hörmətli cənab Prezident! Azərbaycanın bəzi məhkəmə hakimləri və dövlət məmurları öz vəzifələrindən sui-istifadə edərək, vətən uğrunda çalışan, sağlamğını itirən insanları incidirlər. Hətta hakimlər şikayət əsasında verilən doğru sübut və dəlillər, qanuni sənədlər olmasına baxmayaraq, zərərçəkmiş şəxsin ziyanına qanunsuz qərarlar qəbul edirlər. Hörmətli cənab Prezident! Mən vaxtilə Gədəbəy rayonundakı 5 nömrəli körpü idarəsində işləmişəm. Həmin idarənin göstərişi və Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə Ağdamdan Şınıx bölgəsinin cəbhə xəttinə silah-sursat dasıyarkən Gədəbəy rayonunun Qaradağ kəndində avtomobil qəzasına uğramış və 60 faiz sağlamlığımı itirmişəm. Ancaq körpü tikinti sahəsinin səlahiyyətli nümayəndəsi Tomiyev İsaq Səməd oğlu iddia ərizəsi ilə Gəncə Apellyasiya və Gədəbəy rayon məhkəmələrinə müraciət edərək bildirmisdir ki, baş verən bədbəxt hadisə ilə əlaqədar Körpü-Tikinti İdarəsindan mənə verilən akt etibarsız hesab edilsin. Halbuki həmin aktı idarənin özü tərtib etmişdir. Hörmətli cənab Prezident! İsaq Tomiyev bu idarənin səlahiyyətli nümayəndəsidir. Bu sənədləri özü qəsdən gizlədir. Eyni zamanda mənə idarə tərəfindən 3 il pul odənilmişdir. Əgər mənim sənədlərim saxta idisə, hansı əsasla idarə mənə pul ödəyirdi? İsaq Tomiyevin mənə qarşı qaldırdığı iddia ərizəsi tamamilə əsassızdır. Həmin aktı tərtib edənlər hal-hazırda yaşayırlar. Mən Şəmkir rayon xəstəxanasında, Kür qəsəbə xəstəxanasında yatıb müalicə almışam və verilən ilkin sənədlərin hamısı doğrudur. Eyni zamanda İsaq Tomiyev idarənin səlahiyyətli nümayəndəsi olmasına baxmayaraq, öz iddia ərizəsində qeyd edir ki, Məmmədov Məhərrəm Kərim oğlu qəzaya uğrayan zaman nə üçün polis, prokurorluq orqanları bu işə baxmayıb? İsaq Tomiyev onu da bilməlidir ki, hərbi sirri açmaq olmaz. Hərbi sirr Ali Baş Komandanın əmri, yaxud Müdafiə Nazirliyinin gostərişi ilə açılmalıdır. Eyni zamanda müharibə şəraitində sərhəd rayonunda olduğumuz üçün Tomiyev İsaq Səməd oğlunun mənə qarşı qaldırdığı iddia ərizəsi qərəzlilik və qeyri-normativ qanunlara söykənmişdir. Gəncə şəhər Körpu-Tikinti İdarəsinin səlahiyyətli nümayəndəsi İsaq Tomiyev Azərbaycan Konstitusiyasının 12-ci maddəsinə zidd olaraq iddia ərizəsi yazmışdır. Hörmətli cənab Prezident! Vətən, torpaq uğrunda sağlamlığımın 60 faizini itirmişəm. Vətənə can yandıran oğullara qayğı, hörmət budurmu? Əgər qanuna müvafiq deyildirsə, nə üçün onlar mənim 3 il aylıq pulumu qismən ödədilər, amma indi ödəmirlər? Məni sürundürürlər. Bundan əlavə, istehsalatda bədbəxt hadisə bas verdiyinə görə Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımov mənə verilən aktın doğru olması barədə qərar çıxarmışdır. Ancaq təəssüf ki, Gəncə şəhər Apellyasiya Məhkəməsinin hakimi Fikrət Mehdiyev Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımovun ədalətli qərarını ləğv etdi. Hörmətli cənab Prezident! Gəncə şəhər Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov və hakim Fikrət Mehdiyev öz hüquq səlahiyyətlərini icra etmirlər. Azərbaycan Konstitusiyasını, qanunlarımızı maddi maraqları üzündən pozurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə və Azərbaycan Konstitusiyasının 68-ci maddəsinə əsasən, mənə dəyən zərər ödənilməlidir. Hörmətli cənab Prezident! Azərbaycan məhkəmə sistemində vəzifəsindən və hüquqi səlahiyyətlərindən sui-istifadə edən hakimlərdən biri də Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovdur. Belə ki, o, 2 may 2014-cü il tarixdə Gədəbəy rayon Məhkəməsində kecirilən məhkəmə prosesində “Gəncə Körpü Tikinti-l” ASC-nin xeyrinə ədalətsiz qərar verdi. Və bununla da Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədov öz “oyununu” basa vurdu. Sağlamlığımı itirməyimə, bütün sənədlərimin qaydasında olmasına baxmayaraq, idarənin özü verdiyi aktı sonradan etibarsız hesab etməyə çalışması və bu oyuna məhkəmə hakimlərinin də cəlb edilməsi haqsızlıq, eyni zamanda cinayətdir. Bəs hakim C.Əhmədovun cinayətlərinin əsas tərkib hissələri nədir: - Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədov Azərbaycan Konstitusiyasının qanunlarından şəxsi maraqları əsasında Azərbaycan dövləti adından qanunsuz qərar çıxarması; - Şəmkir rayon Mərkəzi Xəstəxanasından və Kür qəsəbəsindən verilən xətəlik kağızlarının Ceyhun Əhmədov tərəfindən etibarsız edilməsi; - Ağdamdan Gədəbəy rayonunun Şınıx bölgəsinə strateji əhəmiyyətli avadanlıq daşıyarkən qəzaya uğramağıma görə mənə istehsalatdan verilən aktın etibarsız hesab edilməsi; - Gəncə şəhər “Körpü-Tikinti-2” ASC-in nümayəndəsi İsaq Tomiyevin məhkəmə prosesində açıq-aşkar “bizim idarə 21 nəfərə aiddir” deməsini diqqətdən qaçırması; - Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun bütün məhkəmə hakimlərinin verdiyi qərarlarla “oyun” oynamsı və s . Hörmətli cənab Prezident! Sizdən artıq dərəcədə xahiş edirəm, mənim şikayətimin ədalətli həllinə kömək edəsiniz”. \\ tezadlar.az \\ Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |