Əsas Səhifə > Ölkə, Manşet > Misir Mərdanovun adamı Mikayıl Cabbarovu nədən qəzəbləndirəsi oldu?

Misir Mərdanovun adamı Mikayıl Cabbarovu nədən qəzəbləndirəsi oldu?


30-06-2014, 13:42
Misir Mərdanovun adamı Mikayıl Cabbarovu nədən qəzəbləndirəsi oldu?
DİA.AZ: - Redaksiyamıza maraqlı bir informasiya daxil olub. Məlumatlı mənbənin bildirdiklərindən belə aydın olur ki, keçmiş təhsil naziri Misir Mərdanova yaxın olan fiqurlardan biri (hazırda təhsil sistemində çalışır -red.) nazir müavini postuna gələ bilməsi üçün fəaliyyətdədir.

DİA.AZ-a bu barədə danışan mötəbər mənbəyə görə, həmin şəxs artıq «yuxarıların» xeyir-duasını alıb, amma problemlərlə üzləşib: «Yəni Mikayıl Cabbarov cinahından həmin şəxsə razılıq verilmədiyindən bu təyinat yubanır».

Mənbə bildirir ki, məsələnin qəlizləşməsi tək bundan da ibarət deyil. Qaynağın dia.az-a söylədikləri: «Elə bir situasiya yaranıb ki, Mikayıl Cabbarov ondan xəbərsiz ona müavin gəlmək istəyən şəxsə əlavə problemlər yaradıb və «yuxarılar» qarşısında məsələ qaldırıb ki, bu adam ümumiyyətlə, təhsil sistemində çalışmayacaq».

Onu da bildirək ki, Misir Mərdanovun sabiq kadrının kimliyi ilə bağlı müəyyən dəqiqləşdirmələr aparırıq və yaxın vaxtlarda sizləri bilgiləndirəcəyik. BĞizi izləməkdə davam edin…

Geri qayıt