Əsas Səhifə > Ölkə, Manşet > Lerik sakinləri Səlim Müslümova yenə müraciət etdilər
Lerik sakinləri Səlim Müslümova yenə müraciət etdilər16-06-2014, 13:46 |
DİA.AZ: - Redaksiyamıza özlərini "Lerik sakinləri" kimi təqdim edən ünvandan daha bir nüraciət daxilolub. Bildirək ki, keçən günlərdəki müraciətlərində də leriklilər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova şikayətlərini ərz etmişdilər və yenə də mövzu eyni mövzudur. DİA.AZ olaraq narazı vətəndaşların nazirə ünvanladıqları müraciətlərinin mətnini olduğu kimi diqqətinizə təqdim edirik: «Hörmətli Səlim müəllim Bu məktubu yazmaqda məqsədimiz Sizin yaddaşınızı təzələməkdir. Bildirmək istəyirik ki, Əsgərov Mirqabil Mirəhməd oğlu Sizin əmrinizlə “Ç” maddəsi ilə DSMF Lerik rayon şöbəsindən işdən çıxarılmışdır. Lakin Lerik rayon ƏSMM-nin keçmiş direktoru Alışov Vəligülla Fazil oğlu Əmək məcəlləsini pozaraq onu Lerik rayon ƏSMM-nə işə götürür. Ünvanlı sosial yardım verilən ildə isə onu Ünvanlı sosial yardım üzrə məsləhətçi təyin edir. Hörmətli Nazir Sizə bildirmək istəyirik ki, M.Əsgərov və sizin hal-hazırda Lerik rayon ƏSMM-dən işdən çıxardığınız şəxslər o şəxslərdirki, vaxtı ilə əmək pensiyaları DSMF-yə veriləndə Sizin tapşırığınzla yoxlama nəticəsində aşkar edilmiş külli miqdarda saxta pensiyalar yazıb onu mənimsəyən şəxslərdir. Oğrulardır. Biz gözləyirdik ki, Siz Nazir təyin ediləndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən işçilərin şəxsi işləri ilə tanış olub necə işçilərin çalışdığını görərsiniz. Amma M.Əsgərov kimi oğrular hələ də sizin Nazirliyin işçiləridir. Mirqabil bu qədər pulu hardan gətirir ki, Lerik rayonu Aşağı Bilnə kəndində çayın üzərindən öz evinə körpü çəkir, Bakı şəhərində evlər tikir, xarici markalı maşınlar alır. Mirqabil ona çörək verən Vəligulla Alışovun evini yıxır, neçə-neçə ƏSMM sıralarında çalışanlara torba tikib işdən çıxarır, təzə Lerik rayon ƏSMM-nin direktoruna sponsorluq edir. Təzə direktor isə hər vəchlə Mirqabili müdafiə edir. Lerikin kəndlərini kəndbəkənd gəzib Mirqabillə işləri olmamasını xahiş edir. Hörmətli Səlim müəllim görəsən 200 manat əmək haqqı alan məmur bütün bu işləri necə əldə edib? Hörmətli Səlim müəllim, biz inanırıq ki, Siz bu məktubu alandan sonra lazımi tədbiri görərsiniz. M.Əsgərov kimi oğrulardan, mafiya qruplarından, bizim canımızı qurtararaq bir daha bu xalqa xidmət edərsiniz. Hörmətlə, bir qrup Lerik sakini Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq… Geri qayıt |