Əsas Səhifə > Ölkə, Manşet > Həbsi xəbəri yayılan bankir yenidən etimada layiq görülüb

Həbsi xəbəri yayılan bankir yenidən etimada layiq görülüb


5-06-2014, 16:18
Həbsi xəbəri yayılan bankir yenidən etimada layiq görülüb
DİA.AZ: - “Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayevlə bağlı DİA.AZ-a yeni xəbər daxil olub. Xatırladaq ki, bir müddət əvvəl Elçin İsyaevin həbsi xəbəri yayılmışdı. DİA.AZ-a daxil olan məlumatlarada deyilirdi ki, İsayev çirkli pulların yuyulmasında və Irandakı şəriklərilə qanundankənar əlaqələrdə şübhəli bilinirdi. Sinradan bu informasiya təkzib olunsa da ortada kifayət qədər şübhəli məqamlar qaldı.

Bununla bağlı dia.az-ı bilgiləndirən mənbə iddia edir ki, səlində Elçin İsyaev həqiqətən də həbs olunubmuş. Sadəcə olaraq, həmin andaca istintaqla “əməkdaşlıq” edən bankir nəinki azadlığını, həm də görəvini qorumağa müvəffəq olub.

DİA.AZ-a daxil olan son məlumatlarda deyilir ki, Elçin İsayev yenidən “Bank of Baku”nun Müşahidə Şurasına sədr təyin olunub. Bu isə o deməkdir ki, artıq İsayev tam olaraq xeyir-dua alıb.

Geri qayıt