Əsas Səhifə > Ölkə, Manşet > Beyləqanın icra başçısından maliyyə nazirliyinə niyə şikayət ediblər?

Beyləqanın icra başçısından maliyyə nazirliyinə niyə şikayət ediblər?


3-06-2014, 12:07
Beyləqanın icra başçısından maliyyə nazirliyinə niyə şikayət ediblər?
DİA.AZ: - Artıq icra başçılarının büdcə pullarını mənimsəməsi bir ənənə halını alıb. Elə DİA.AZ-a daxil olan informasiyalardan da Beyləqan rayon icra hakimiyyəti başçısı Vaqif Abdullayevin büdcədən ayrılan vəsaitləri necə mənimsəməsi əks olunub.

Beləliklə, keçək faktlara. Daxil olan informasiyalara görə, 2014- cü il üçün Beyləqan rayon büdcəsi üçün nəzərdə tutulan vəsaitdən Beyləqan şəhərinin daxilinin abadlaşdırılması, tikintisi və səkilərin yenilənməsi, işıq dirəklərinin dəyişdirilməsi və sair işlər üçün “Mirdamət-2008” MMC-yə 240 min manat ayrılıb. Amma Beyləqandan DİA.AZ-a daxil olan məlumata görə, bu sənədlərdə belədi. Bu barədə əldə etdiyimiz məlumata görə, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev həmin vəsaitin 150 min manatını mənimsəyib. Digər mənimsəmələrdə olduğundan rəsmi şəkildə ayrılan vəsaitin yalnız 13 faizi “Mirdamət-2008” MMC-yə çatıb.

Bu məbləğin böyük hissəsini isə “Mirdamət-2008” MMC-nin Atamoğlan adlı rəhbəri ilə Beyləqan Şəhər İcra Nümayəndəliyinin rəhbəri Azil Aslanov mənimsəyib. Onlar kosmetik təmir işləri apararaq ayrılan vəsaiti yeyiblər.

Bundan başqa V.Abdullayev 2 Saylı Uşaq Baxçasının tikintisi zamanı da ayrılan 350 min mnat vəsaitin 30 faizini 80 min manatını bəribaşdan götürüb. Həmin baxçanı da “Mirdamət-2008” MMC tikib.

Hər halda, bu iki faktın özü də təsdiqləyir ki, Vaqif Abdullayev büdcə oğurluğunu məhz «Mirdamət-2008» MMC-nin adı altında həyata keçirir. Məlumatlı mənbənin bildirdiyinə görə, Beyləqan rayonunun yerli maliyyə idarəsi icra başçısının bu kimi maxinasiyalarının ört-basdır edilməsi üçün əməlli-başlı əziyyət çəkir.

Mənbənin dia-az.life-a söylədikləri: «Hər halda, dövlət büdcəsindən ayrılan vəsaitin aqibəti maliyyə idarəsi tərəfindən rəsmiləşdirilməlidir. Yerli idarənin isə başçının yeyintisini ifşa edəcəyi gözlənilən və inandırıcı deyil. Artıq dəfələrlə bu yeyinti faktları rayon maliyyəçilərini çətinə salıb və hətta bununla bağlı Maliyyə Nazirliyinə də Beyləqandan şikayət ünvanlanıb».

Bütün bu iddialarla bağlı maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt