Əsas Səhifə > Ölkə, Manşet > İcra başçılarından bəziləri bayramdan dərhal sonra görəvdən alınacaq

İcra başçılarından bəziləri bayramdan dərhal sonra görəvdən alınacaq


26-05-2014, 10:41
İcra başçılarından bəziləri bayramdan dərhal sonra görəvdən alınacaq
DİA.AZ: - «Bu günlərdə bir neçə rayonun icra başçısı dəyişdiriləcək». Bu barədə DİA.AZ-a məlumat verən hökumət içindəki mötəbər mənbə iddia edir ki, icra başçılarından hansının bu həftə vəzifələrindən alınacağı qəti bilinməsə də, dəyişiklik qərarı verilib.

Xatırladaq ki, neçə müddətdir icra başçıları kontinjentində yeniliklərin olacağı haqda informasiyalar yayılır. Və verilən xəbərlərdən belə anlaşılır ki, Bakının Xətai, Nəsimi, Sabunçu, Xəzər rayonlarının, eləcə də Xaçmaz, Ağsu, Şəmkir, Gədəbəy, Daşkəsən, Lerik və daha bir neçə rayonun icra başçısanın dəyişdiriləcəyi gözlənilir.

dia-az.life-a daxil olan son informasiyalara görə, artıq Respublika Günü yaxınlaşır və bayramdan dərhal sonra gözlənilən dəyişikliklər həyata keçiriləcək.

Geri qayıt