Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Beyləqan icra hakimiyyəti büdcə pullarını necə həzm edib?
Beyləqan icra hakimiyyəti büdcə pullarını necə həzm edib?7-05-2014, 10:39 |
Beyləqan rayonunda külldi miqdarda dövlət vəsaiti talan edilib. Bu barədə GUNDEMİNFO.AZ-a daxil olan informasiyalara əsasən Hesablama Palatasının apardığı yoxlamalar zamanı ortaya kifayət qədər müdhiş talan faktları çıxıb. Aldığımız rəsmi məlumatlarda bildirilir ki, Beyləqan rayonunun Kəbirli-Baharabad avtomobil yolunun yenidənqurulması üzrə 140.8 min kvadrat metr məsafədə qumm çınqıl əsasın, asfalt beton qarışığından istifadə zamanı ciddi mənimsəmə hallarına yol verilib. Yol nişanları və siqnal dirəkləri quraşdırılaraq 23.5 km məsafədə də büdcə vəsaitlərinin istifadəsi zamanı yeyinti hallğarına yol verilib. Aşkar edilmiş yeyinti faktları məktəb tikintisi zamanı da qeydə alınıb. Üç halda kənd ort məktəblərinin tikintisi ilə bağlı layihələrin layihə-smeta sənədlərinə verilən dövlət ekspertizasının rəyində bildirilən iradlar tam aradan qaldırılmamış, podratçılar tərəfindən onlara ödənilən avansın müqavilədə göstərilən məqsədlər üçün istifadə olunmasının müvafiq sənədlərlə əsaslandırılması qeydə alınıb. İki halda orta məktəb tikintisi zamanı satın alınacaq malların qiyməti hesablanmadan tender keçirilərək podratçı təşkilat müəyyən edilib. Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu 2012-ci ildə istifadəyə vverilsə də müvafiq qkaydada uçota salınması bilərəkdən yubdılıb. Bunun da səbəbi Beyləqan İcra Hakimiyyətində yolun təmirinin davvam etməsinə dair qeyri-qanuni sənədlərin tərtib edilməsi ilə nəticələnib. Sonuc olaraq da büdcədən vəsaitlərin ayrılması 2012-ci ildən 2013-cü ilin sonlarına qədər davam edib. Nəticə etibarilə də bəlli olub ki, adıçəkilən avtomobil yolunun və rayon ərazisində inşa edilmiş 3 kənd orta məktəbinin tikintisi zamanı 1 milyon 122 min 53 manat büdcə vəsaiti talan edilib. Bundan başqa Beyləqan Rayon İcra Hakimiyyətindəki mənbələrdən GUNDEMİNFO.AZ –a daxil olan informasiyalara görə, bu saxtalaşdırma əməliyyatlarının başında icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri dayanır. Geri qayıt |