Əsas Səhifə > Ölkə, Manşet > Qax rayonunun Elşad Abdullayevi - “Su Camal” niyə deputat ola bilmədi..?

Qax rayonunun Elşad Abdullayevi - “Su Camal” niyə deputat ola bilmədi..?


23-04-2014, 12:01
Qax rayonunun Elşad Abdullayevi - “Su Camal” niyə deputat ola bilmədi..?
Fəaliyyəti ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin “deputatlıq məsələsi” cəmiyyətimizə yaxşı məlumdur. Hazırda bu məsələ ilə bağlı keçmiş deputat Gülər Əhmədova həbsxana həyatı yaşayır.

Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) “Elşad Abdullayevin deputatlıq məsələsinə” bənzər bir məlumat daxil olub. Daxil olan informasiyadan məlum olur ki, “Qax suları” MMC-nin rəhbəri, bölgədə “Su Camal” ləqəbi ilə tanınan Camal müəllim də 2 dəfə, yəni 2005 və 2010-cu illərdə keçirilən parlament seçkilərində analoji aqibətlə üz-üzə qalıb. Daxil olan məlumatdan bəlli olur ki, Qax rayon maliyyə idarəsinin rəisi Rasim Məmmədov 2 dəfə imkanlı şəxs olan “Su Camal”a təklif edib ki, seçkilərə qatıl, rayonumuzu parlamentdə təmsil elə. Rasim Məmmədov “Su Camal”a onu da bildirib ki, guya bu təklif Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədən gəlib.

Təkliflə razılaşan “Qax suları” MMC-nin rəhbəri lazım olan “kağız-kuğuzu” Rasim Məmmədovun vasitəsilə lazım ola yerə çatdırır. Amma hər iki dəfə “Su Camal”ın “Duma”ya seçilmək məsələsi alınmır. İndi Rasim Məmmədov yenidən “Su Camal”ın saqqızını oğurlamağa çalışsa da daha “keçəl suya getmir”, daha doğrusu, “Su Camal” suya getmir.
Mənbə bildirir ki, Rasim Məmmədov “Su Camal”ın saqqızını oğurlaya bilməsə də məktəblərə inventar almaq üçün ayrılan milyonlara “əl gəzdirir”.
Belə ki, Qax rayonundakı 2 saylı Beynəlmiləl və 4 saylı orta məktəblərə ayrılan 1, 5 milyon manatın aqibəti heç kimə bəlli deyil. Bu pulu Rasim Məmmədovla 2 saylı məktəbin direktoru, Əhməd Əhmədzadənin yaxın qohumu Şəfəq xanım hara yönəldiblər? Bu barədə növbəti yazıda.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt