Əsas Səhifə > Ölkə, Manşet > Elnur Aslanovu həbsə aparan yollar - İctimailəşdirilən faktları reaksiyasız ötüşdürmək olmaz

Elnur Aslanovu həbsə aparan yollar - İctimailəşdirilən faktları reaksiyasız ötüşdürmək olmaz


22-04-2014, 11:26
Elnur Aslanovu həbsə aparan yollar - İctimailəşdirilən faktları reaksiyasız ötüşdürmək olmaz
DİA.AZ: - Bir müddət əvvəl Prezident Administrasiyasındakı vəzifəsini itirən PA-nın keçmiş şöbə müdiri Elnur Aslanov hətta Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən kifayət qədər yüksək hesab oluna biləcək bir vəzifəyə təyinat alsa da, hələ də onunla bağlı mətbuata çox ciddi kompromatlar ötürülməkdədir. Bu isə sabiq PA rəsmisinin heç də nişangahdan yayınmamasını təsdiqləyən bir faktdır. Deməli, məsələ bununla bitməyəcək və Elnur Aslanova qarşı açılan cəbhə daha böyük qələbələrə ümidlidir.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan da aydın olur ki, əslində ortada çox ciddi dəlillər var: «Sadəcə olaraq, Elnur Aslanov müdafiə olundu və o, işdən alınmasına baxmayaraq, yeni vəzifəyə gətirildi. Bunun ardından Elnur Aslanovun əvvəlki vəzifəsindən alınmasına nədən olan sübutların ictimailəşdirilməsi qərarı verildi. Çünki rəqib cinah ümidli idi ki, təkcə Elnur Aslanov yox, həm də ona yaxın olan şəbəkə təqdim olunan sübutların ardından birdəfəlik olaraq çıxdaş ediləcək».

Elnur Aslanovu həbsə aparan yollar - İctimailəşdirilən faktları reaksiyasız ötüşdürmək olmaz

Mənbəmiz bildirir ki, keçmiş PA rəsmisinin yenidən təyinat alması onunla bağlı başlanan prosesin davamlılığına gətirib çıxardı: «Daha da ciddi faktlar ictimailəşdirilə bilər. Hər halda, Elnur Aslanov, deputat Ceyhun Osmanlı və digərləri bu gün az qala vətənə xəyanətdə ittiham olunurlar. Ortada konkret ittihamlar var və bu ittihamların qarşılığında ittiham olunan tərəf susmaqdadır. Susmaq isə ənənəvi olaraq razılığın əlaməti kimi qəbul olunur. Ən yaxşı halda isə cavab imkanlarının olmamasının göstəricisi kimi anlaşılır. Bu şərait də Elnur Aslanovun xeyrinə yox, birbaşa olaraq əleyhinə işləməkdədir».

Məlumatı dia.az-a verən mənbə onu da əlavə edib ki, əgər situasiya dəyişməyəcəksə, daha da ciddi dəlillərin açıqlanması fonunda Elnur Aslanovun həbsi belə mümkündür: «Elnur Aslanov bir növ zamanında keçmiş deputat Gülər Əhmədovanın aqibətinin bənzərini yaşamaqdadır. O da ilk əvvəl mövqelərini və ardından da azadlığını itirdi. Hazırki situasiyada Elnur Aslanovun pozisiyalarında ciddi itkilər müşahidə olunur».

Geri qayıt