Əsas Səhifə > Ölkə, Manşet > Polisin «nurçu ovu»nu keçirəcəyi ünvanlardan biri Qaradağ rayonudur - Süleyman Mikayılov üçün başağrısı

Polisin «nurçu ovu»nu keçirəcəyi ünvanlardan biri Qaradağ rayonudur - Süleyman Mikayılov üçün başağrısı


18-04-2014, 12:08
Polisin «nurçu ovu»nu keçirəcəyi ünvanlardan biri Qaradağ rayonudur - Süleyman Mikayılov üçün başağrısı
DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, hakimiyyətin «nurçu ovu» kampaniyası rayon icra hakimiyyətlərinə də sıçrayacaq. Və bu barədə yaxın günlərdə ciddi addımlar atıla bilər.

DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərinin ardından başlanan proses boyunca konkret olaraq Bakının 3 rayonunun icra hakimiyyətinin başçısının hədəfə alınacağı gözlənilir.

Mənbəmizin söylədikləri: «Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov da bu gün nurçularla və yaxud da nurçuların himayədarı kimi çıxış edən məmurlarla çox ciddi projelərdə iştirakçı olduğundan ona qarşı müəyyən ittihamlar var».

Polisin «nurçu ovu»nu keçirəcəyi ünvanlardan biri Qaradağ rayonudur - Süleyman Mikayılov üçün başağrısı

Məlumatlı mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, Süleyman Mikayılov ayrı-ayrı dönəmlərdə nurçulara aid şirkətlərin hesabına böyük miqdarda gəlir əldə edib: «Doğrudur, «Çakır» ləqəbli icra başçısı sürətli şəkildə cinah dəyişdirməyə gedir və bir neçə iqtidariçi qruplaşma arasında manevr etdiyindən həm də situasiyalardan çıxmağa müvəffəq olub. Amma bu gün ortada konkret faktlar var ki, onunla bağlı Süleyman Mikayılovun ifadəsi alınmalıdır».

Xatırladaq ki, bu günlərdə nurçulara qarşı bir neçə əməliyyat keçirildi və həbs olunanlar da var. DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, həmin əməliyyatların növbəti ünvanı Qaradağ rayonu olacaq: «Burada nurçular üçün geniş imkanlar yaradılıb və bu da Süleyman Mikayılovun sayəsində baş tutub».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt