Əsas Səhifə > Ölkə, Manşet > Əli İnsanovun adı əfv siyahısına salınmayıb – Çünki sabiq nazir əfv ərizəsi yazmaqdan imtina edir

Əli İnsanovun adı əfv siyahısına salınmayıb – Çünki sabiq nazir əfv ərizəsi yazmaqdan imtina edir


10-04-2014, 12:08
Əli İnsanovun adı əfv siyahısına salınmayıb – Çünki sabiq nazir əfv ərizəsi yazmaqdan imtina edir
DİA.AZ: - Bu ilin may ayının əvvəlində növbəti əfv fərmanının imzalanması gözlənilir. Artıq bu barədə hazırlıqların getdiyi, siyahının bəlli olduğu haqda xəbərlər də yayılıb. Onu da bildirək ki, siyahıda kimlərin adının olub-olmaması ən çox müzakirə olunan mövzulardan biridir.

DİA.AZ-a hökumət içindəki mənbənin bildirdiklərindən belə aydın olur ki, əfv komissiyasının hazırladığı siyahıda tanınmış məhbuslardan bir neçəsinin adı olsa da, siyahının dəyişdirilməsi gözlənilir. Mənbənin iddialarına görə, bu əfv fərmanı özünün mahiyyəti ilə çox fərqlənəcək:

«Məşhur (siyasi) məhbusların bəziləri azadlığa buraxılacaq. Onların arasında hicab məhbusları da var, jurnalistlər də, digər müxalifət təşkilatlarının nümayəndələri də. Keçmiş səhiyyə naziri Əli İnsanovun adı isə bu dəfə də əfv komissiyasının təqdim etdiyi siyahıya salınmayıb ».

Mənbəmiz bildirdi ki, hər zaman əfv komissiyasının siyahısına sonradan dəyişikliklər edildiyindən, indidən qəti hökmün verilməsi doğru deyil.

Bildirək ki, əfv siyahısına müvafiq ərizə ilə müraciət edən məhbusların adları salınır.Əli İnsanov isə belə bir müraciəti ünvanlamaqdan imtina etdiyindən əfv komissiyası da onun adını siyahıya salmır.

Geri qayıt