Əsas Səhifə > Ölkə, Manşet > Elşad Abdullayevlə bağlı daha bir ilginc iddia – Keçmiş rector əksər məmurları şantaj edib, susdurub
Elşad Abdullayevlə bağlı daha bir ilginc iddia – Keçmiş rector əksər məmurları şantaj edib, susdurub9-04-2014, 11:33 |
DİA.AZ: - Bir zamanlar yaydığı gizli videoçəkilişlərlə nəinki ölkə gündəmini müəyyən edirdi, hətta adamların taleləri haqda da məhz onun iddiaları ilə hökmlər verilirdi. Söhbət fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevdən gedir. DİA.AZ bildirir ki, son günlər gözə dəyməyən Elşad Abdullayev barəsində artıq həbs qərarı çıxarılsa da, onun axtarışları heç də gərəkən səviyyədə həyata keçirilmir ki, bu da sabiq ABU rektorunun işinə hakimiyyətin birmənalı münasibətinin olmaması ilə əlaqəlidir. Hətta belə bir iddia da var ki, Elşad Abdullayev onlarla məmuru əlindəki gizli videoçəkilişlər hesabına nəinki susdurub, hətta onları idarə də edir. Bu arada isə redaksiyamız ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə bağlı maraqlı bir məlumat əldə edib. Xatırladaq ki, sabiq rektor populyar olduğu dönəmlərdə bəyan edərək bildirmişdi ki, 5 milyonluq qalmaqaldan bəhs edən videomaterial yayacaq. Amma belə bir videomaterial yayılmadı və bunun əvəzinə fərqli videogörüntülər ortaya çıxdı. Bu məsələ ilə bağlı DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, sabiq rektorun verdiyi vədinin arxasından qaçmasının nədəni açıqlanması elan olunan videomaterialla «vurulacaq» şəxslərdən biri ilə razılaşma əldə etməsilə əlaqədardır. Xatırladaq ki, mətbuatda zaman-zaman Elşad Abdullayevin əlindəki videomateriallardan şantaj vasitəsi kimi istifadə etdiyi barədə də xəbərlər yayılıb. Və «5 milyonluq» videonun açıqlanmaması faktı da bu kimi söhbətlərin əsassız olmadığın ortaya qoymaqdadır. Geri qayıt |