Əsas Səhifə > Ölkə, Manşet > Əlimizdə olan Ağdamı da Əhməd Əhmədzadənin adamı talayır
Əlimizdə olan Ağdamı da Əhməd Əhmədzadənin adamı talayır3-04-2014, 11:40 |
Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Teyyub Nəcəfovla bağlı ilginc iddialar ortaya atılıb. JAM.AZ-a verilən məlumatlarda vurğulanır ki, idarə rəisi həddindən artıq varlı olmaqla yanaşı, həm də böyük imkanlara sahibdir. İşin müəmmalı tərəfi də odur ki, əyalətdə fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyələşən bir qurumun rəhbəri həddindən artıq varlılar kateqoriyasındadır. Verilən məlumatlara görə, Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin rəhbərini varlandıran elə büdcə pullarıdır. Belə ki, bu idarəyə ayrılan pulların böyük qismi transformator və motorların təmirinə sərf olunurmuş kimi sənədləşdirilib. İdarəyə ayrılmış bir digər vəsait isə nasos stansiyasında və təzyiqli boru kəmərlərinin ayrı-ayrı hissələrinin təmir və bərpa işləri üçün materialların satın alınmasına sərf olunub. Onu da "Polad-A" MMC həyata keçirib ki, bu da təqribən 200 min manatlıq bir məbləğ təşkil edir. Teyyub Nəcəfovun idarəsinə ayrılmış 4000 manat isə Quzanlı-2 nasos stansiyası və boru kəmərinin təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınmasına sərf olunub. Tenderin qalibi olmuş "Esr-İnşaat" MMC-nin bu işləri hansı səviyyədə həyata keçirdiyi elə əhalinin etdiyi şikayətlərdən məlumdur. JAM.AZ-a verilən məlumatlarda vurğulanır ki, təkcə ötən il Ağdam Subartezian Quyularının İstismarı İdarəsinə nasos ehtiyat hissələri və materialların satın alınması üçün 254910 manat pul ayrılıb. "Polad-A" MMC-nin əliylə həyata keçirilən prosesin nəticəsi isə göz qabağındadır. Hələ bir müddət əvvəl Ağdam camaatı mətbuata müraciət edərək bildirmişdi ki, susuzluqdan əziyyət çəkirlər. Özü də əhaliyə verilməli olan içməli suyun ötürülməsini həyata keçirən nasosların işləməməsi səbəbindən. O zaman məntiqlə belə bir sual ortaya çıxır: Bu qədər pul nəyə xərclənib? Təbii ki, bu qədər vəsait özünü Teyyub Nəcəfovun şəxsi həyatında özünü göstərib. Belə ki, onun Ağdamda 2 mərtəbəli villası, Bərdə və Bakıda isə bir neçə evi var. Bundan başqa, idarə müdirinin böyük ferması və geniş təsərrüfatı da mövcuddur. Onun Aran bölgəsində onminlərlə baş qoyun saxlatdırdığı deyilir. Xeyli sayda avtlmobilləri olan Subartezian Quyularının İstismarı İdarəsinin rəisinin ən bahalı maşını isə «Porşe»dir. Dəyəri 100 min manatdan çox olan bu maşının şübhəsiz əmək haqqı ilə alınması inandırıcı deyil. JAM.AZ-a verilən məlumatlarda deyilir ki, Nəcəfov həddindən artıq dostcanlıdır. Hətta ən yaxın dostu, Kapital Bankın Ağdam filialının müdiri Şəhriyar Mehdiyevə doğum günündə 70 min manatlıq avtomobil hədiyyə edib. Hərçənd idarə rəisinin dostu verilən hədiyyəni uzun müddət saxlamayıb və 1 ay sonra Bakıda maşın bazarında satdıraraq onu pula çevrib. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |