Əsas Səhifə > Ölkə, Manşet > Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib...

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib...

7-09-2024, 10:09
Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib...
"Vasif Talıbovun zamanında Naxçıvan MR Təhsil Nazirliyində ən geniş yayılmış korrupsiya faktlarından biri müəllimlərə xəyali dərslər yazılması idi". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə çıxış edən tanınmış jurnalist Heydər Oğuz olduqca ilginc faktları da təqdim edib.

Jurnalist daha sonra əlavə edib: "Müəllimlər xəyali dərslər üçün aldıqları məvacibləri direktorlara, direktorlar isə nazirə ötürürdülər. Beləcə, ötür-ötür yoluyla direktorlar və nazirlik yetkililəri qaz vurub qazan doldururdular.

“Xan” (Vasif Talıbov -red.) həzrətləri getdi, “canişin” (Fuad Nəcəfli -red.) əfəndi gəldi. Və Muxtar Respublikanın bütün dövlət strukturlarında audit yoxlamaları başladı. Yoxlamalar nəticəsində “xan” həzrətlərinin xeyir-duası ilə yüzmilyonlarla dövlət vəsaitinin mənimsəndiyi ortaya çıxdı.

Gözləmək olardı ki, yeni dövrdə “canişin” əfəndi “gözüçıxmış xan” qardaşının taleyindən ibrət dərsi alacaq və ötür-ötür korrupsiyasının qarşısı alınacaq. Təəssüf ki, əldə etdiyim məlumatlar “canişin” rejiminin də “xan” rejimindən fərqlənmədiyini göstərir.

Şəkillərini təqdim etdiyim bu bank köçürmələri Naxçıvan şəhər 1 saylı orta məktəbinin fiziki tərbiyyə müəlliməsi Səriyyə Qəmbərovaya aiddir. Müəllimənin dediyinə görə, ona hər ay 90 manat əlavə pul yazılır, o da bu pulu bank köçürməsi yoluyla məktəb direktoruna göndərirmiş.

Geri qayıt