Əsas Səhifə > Ölkə, Manşet > Dövlət bu vəsaiti ayırıb ki, millət Qarabağa RAHAT QAYITSIN...

Dövlət bu vəsaiti ayırıb ki, millət Qarabağa RAHAT QAYITSIN...


28-08-2024, 10:42
Dövlət bu vəsaiti ayırıb ki, millət Qarabağa RAHAT QAYITSIN...
"Son bir ildir ki, Laçnda, eləcə də Zabuxda inşa edilən evlərin keyfiyyətsizliyi ilə bağlı ölkə mediasında, sosial şəbəkələrdə çoxlu məlumatlar yayılmaqdadır. Yayılan video görüntülərdən də görünür ki, tikilən evlərin bir qismi həqiqətən də çox keyfiyyəsizdir və öz-özünə uçub tökülür.

Tikililərin keyfiyyətsiz olmasına səbəb isə tikinti işinə ayrılan vəsaitlərin mənimsənilməsidir. Buna görə isə məsuliyyət heç şübhəsiz əlaqədar qurum və şəxslərin üzərinə düşür. Laçında aparılan tikinti işlərinə görə məsuliyyət daşıyan şəxslərdən biri, bəlkə də birincisi “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədovdur".

Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalənin əvvəli burada: Dövlət “Laçını abad et” dedi, o isə özünə “Lexus” aldı, qoşa villa ucaltdı... - AY MAŞALLAH...

Məqalədə daha sonra bildirilir:

"Bundan başqa, Nəsimi Əsədov bütün yaxın qohumlarını ətrafına yığaraq onları Laçında mühüm vəzifələrə, önəmli postlara təyin etdirib. Sürücüsündən tutmuş köməkçilərinə, rayon idarə rəhbərlərinə qədər bütün şəxslər Nəsimi Əsədovun qohumlarından ibarətdir. Sinif yoldaşları da Nəsimi Əsədovun səxavətindən yararlanan şəxslər siyahısındadır. Onların da bir çoxu məhz Nəsimi Əsədovun dəstəyi ilə müxtəlif vəzifələrə təyinat alıb. Nəsimi Əsədovun orta təhsilli, vaxtiylə Sumqayıtda dəllək şləyən qardaşı Rauf Əsədov isə Laçın işıq idarəsinin müdiri vəzifəsində çalışır. Bir sözlə, Laçın faktiki olaraq Nəsimi Əsədov tərəfindən özəlləşdirilib.

Ümid edirik ki, əlaqədar qurumlar Nəsimi Əsədovun fəaliyyətini (eləcə də fəaliyyətsizliyini) araşdıracaq, bu şəxsin bunca böyük sərvətə hansı yolla sahibləndiyinə, adi dəllək işləyən diplomsuz qardaşını müdir vəzifəsinə necə ytəyin etdirdiyinə aydınlıq gətirəcək".

Qeyd edək ki, Nəsimi Əsədovun dövlətin azad olunmuş ərazilərimizdəki quruculuq işlərinə necə haram qatdığını təsbitləyən ilginc faktlar da dia-az.life-da var, həmin materialları növbəti yazımızda təqdim edəcəyik.

Bizi izləməyə davam edin...

Geri qayıt