Əsas Səhifə > Ölkə, Manşet > Nurçulara rəsmi Bakıdan daha bir şok zərbə gəlir - Şəhidlər Xiyabanındakı məscid də əllərindən alınır

Nurçulara rəsmi Bakıdan daha bir şok zərbə gəlir - Şəhidlər Xiyabanındakı məscid də əllərindən alınır


2-04-2014, 11:05
Nurçulara rəsmi Bakıdan daha bir şok zərbə gəlir - Şəhidlər Xiyabanındakı məscid də əllərindən alınır
DİA.AZ: - Türkiyədə və Azərbaycanda dışlanan Fətullah Gülən camaatına qarşı rəsmi Bakı tərəfindən yeni addımlar atıla bilər. Bu barədə DİA.AZ-a məlumat verən Qafqaz Müsəlmanları İdarəsindəki bilgili mənbə iddia edir ki, nurçulara məxsus dərsxanaların, habelə Şəhidlər Xiyabanındakı məscidin də aqibətinə birdəfəlik aydınlıq gətirilə bilər.

Bildirək ki, Şəhidlər Xiyabanındakı məscidlə bağlı buna qədər də bir neçə dəfə məsələ qaldırılmış, məscidin köçürülməsi belə gündəmə gəlmişdi.

Məlumatlı mənbə iddia edir ki, məscid sökülməsə də, həmin ibadət ocağının nurçuların təsir dairəsindən alınacağı şübhəsizdir:

«Əsas məsələ isə nurçuların Bakıdakı dərsxanalarının bağlanması ilə bağlıdır. Artıq bu barədə hüquq-mühafizə orqanları da bilgiləndirilib. Birgə tədbirlər planlaşdırılır».

Geri qayıt