Əsas Səhifə > Ölkə, Manşet > Culfada fermerlər nə edəcəklərini bilmirlər...

Culfada fermerlər nə edəcəklərini bilmirlər...


19-08-2024, 10:15
Culfada fermerlər nə edəcəklərini bilmirlər...
Keçən günlərdə Dia-az.İnfo olaraq məlumat verərək bildirdik ki, Naxçıvan Muxtar Respublikası Şərur rayonunu suvarma suyu ilə təmin edən Arpaçay dəryaçası dolub-daşsa da, quraqlıqdan məhv olmaq üzrə olan minlərlə hektar əkin sahəsinə su verilmir. Yerli əkinçilər o qədər boğaza yığılıblar və elə bir çarəsizlikdədirlər ki, artıq kimə necə şikayət edəcəklərini də bilmirlər.

Dia-az.İnfo xatırladır ki, fermerlər yerli icra hakimiyyətini bu işdə əsas suçlu kimi görürlər: “Bu il kifayət qədər yağıntı düşüb. Dəryaçada su ehtiyatı 100 faizdir. Hazırda normal şəkildə su axını da davam edir. Demək olar ki, nə qədər su daxil olursa, o qədər da dəryaçadan çıxır. Baçşı Kamal Cəfərov isə göstəriş verib ki, quraq illərdə olduğu kimi su qrafikə salınsın və 15-20 gündə bir verilsin. 35-40 dərəcə istidə isə, əkdiyimiz bostan və digər tərəvəz məhsulları ən azı həftədə bir dəfə suvarılmalıdır. Kifayət qədər su varkən, əkinlərimiz qəsdən yandırırlar. Məmurların əkin sahələrinə isə, demək olar ki, hər gün su buraxılır. Bir də rüşvət verənlər vaxtında suvara bilirlər. Rüşvəti elə qaldırıblar ki, alıb suvarmağa dəyməz. Bir neçə gün də belə davam etsə, əkinlər tamamilə yanacaq, ziyana düşəcəyik”.

Dia-Az.İnfo qeyd edir ki, anoloji durum - daha dəqiqini desək, daha da betər vəziyyət hazırda Naxçıvan Muxtar Respublikası Culfa rayonunda hökm sürür. Bu barədə fermerlər müraciətlərində qeyd edirlər ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, onları dinləyən yoxdur. Fermerlər yazır:

"Siz Şərurdakı vəziyyəti yazdınız. Amma deyim ki, Culfa rayonuda eyni vəziyyətdir... Dhaa da betər də deyə bilərik. Su ola-ola kəndliyə vermilər. Buraların bir sahibi varmı?

Vasif Talıbovun dövründə belə olmazdı..."

Geri qayıt