Əsas Səhifə > Ölkə, Manşet, Ana xəbərlər > Zakir Fərəcovun yerinə təyin ediləcək şəxsin kimliyi bəlli oldu

Zakir Fərəcovun yerinə təyin ediləcək şəxsin kimliyi bəlli oldu


1-04-2014, 11:28
Zakir Fərəcovun yerinə təyin ediləcək şəxsin kimliyi bəlli oldu
DİA.AZ: - Hələ keçən ilin sonlarından etibarən başı problemlərə qatlaşmaq zorunda qalan Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov hələ də öz çevrəsinə etimad göstərmir. Bu barədə məlumatı DİA.AZ-a verən icra hakimiyyətindəki mötəbər mənbə iddia edir ki, hələ də öz müavinlərinə «potensial düşmən» kimi yanaşan icra başçısı əslində bu ylla özünə qarşı yeni cəbhə də açıb.

Mənbənin dia.az-a söylədikləri: «Artıq Zakir Fərəcovun rəqibləri özlərinə «yuxarılar»da himayədar tapıblar. Abşeron RİH rəhbəri postu çox cəlbedici bir vəzifə olduğundan bir sıra iqtidariçi güclər bu rayonun başçısı vəzifəsini ələ keçirməkdə maraqlıdır.

Son zamanlar isə Zakir Fərəcovun mövqelərinin zəifləməsi, daha çox isə onun öz işçilərilə arasında olan münaqişəli vəziyyət Abşeron RİH başçısı postunda dəyişikliyi də gündəmə gətirib».

Mənbə bildirir ki, bu gün Zakir Fərəcovun müavinlərindən biri artıq özünü icra başçısı postunda görür: «Buna tədarük gedir. Hətta Prezident Administrasiyası rəhbərliyi tərəfindən də dəstəyini alıb. Ola bilsin ki, Zakir Fərəcovla bağlı qərar verildiyi an, onun adı ilə bağlı da təyinat dərhal səslənsin».

Bildirək ki, həmin müavinin kimliyi barədə əlavə informasiyanı yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt