Əsas Səhifə > Ölkə, Manşet > YASAMALDA TAM YİYƏSİZLİK... TAM DƏRƏBƏYLİK...

YASAMALDA TAM YİYƏSİZLİK... TAM DƏRƏBƏYLİK...


6-08-2024, 09:49
YASAMALDA TAM YİYƏSİZLİK... TAM DƏRƏBƏYLİK...
Bakı şəhəri Abbas Mirzə Şərifzadə küçəsi 492 ünvanda yaşayan sakinlər "Azərbaycan Reallığı"na müraciət edərək bildirirlər ki, sözügedən ünvanda qanunsuz olaraq tikinti işi aparılır.

Tikilən qanunsuz obyektin qarşısında isə qazıntı işləri qeydə alınmaqdadır. Diqqəti cəlb etməsin deyə işbazların iş gördüyü ərazidə özlərinə məxsus olan xüsusi avtomabillər saxlayırlar. Rayonun aidiyyəti qurumlarına dəfələrlə şikayət olunsa da məsələni görməməzliyə vururlar.

Sakinlərin vediyi məlumata görə, qanunsuz tikilidən Yasamal rayon icra başçısı Elşad Həsənovun şəxsən xəbəri var. Amma buna baxmayaraq heç bir müvafiq tədbir görülmür.

Sakinlər məsələnin ictimailəşdirilməsini xahiş edərək bildirirlər ki, bəlkə aidiyyəti qurumlar bundan sonra səsimizə səs verər - deyə ərazidə yaşayan vətəndaşlar bildirir.

YASAMALDA TAM YİYƏSİZLİK... TAM DƏRƏBƏYLİK...
YASAMALDA TAM YİYƏSİZLİK... TAM DƏRƏBƏYLİK...
YASAMALDA TAM YİYƏSİZLİK... TAM DƏRƏBƏYLİK...
YASAMALDA TAM YİYƏSİZLİK... TAM DƏRƏBƏYLİK...

Geri qayıt