Əsas Səhifə > Ölkə, Manşet > "Zəng edib təhqir edirsən, yenə də xeyri yoxdur..."
"Zəng edib təhqir edirsən, yenə də xeyri yoxdur..."29-07-2024, 10:23 |
"Belə bir dələduz özlərini Assosoasiya kimi təqdim edən kurs fəaliyyət göstərir.... Məndən başqa inanıb pul göndərənlər varmı?" Dia-az.İnfo bildirir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımda giley olunur. Narazı vətəndaş daha sonra yazır: "Araşdırıb tapmaq və ictimailəşdirmək istəyirəm ki başqaları da bu dələduzların tələsinə düşməsin. Özlərinin dediyinə görə "online" fəaliyyət göstərirlər və ünvanları yoxdur. Rəhbərlərini, müdriyyətin kim olduğunu tələb edirəm "rəhbərliyin nömrəsini nəyə görə verməliyik" cavabını verirlər. Ləman adında bir qadındı... əgər adını düzgün deyibsə. Psixologiya kursları, təlimlər, seminarlar keçirlər hər dəfəsində ayrı-ayrı ünvanlarda. Hal-hazırda məndən 300 manat pul alıb, heç bir dərs keçmirlər və pulu da qaytarmırlar. Səhifəmdə bu barədə post paylaşdığım üçün də mənə öz yüngül ağılları ilə hədə-qorxu gəlirlər məhkəmə ilə. Ödənişi kart hesablarına göndərmisəm qəbzi də atmışam "votsap"da. "16 iyul dərslər başlayır" deyə deyə aldadırlar. Əvvəllər zəng edəndə cavab vermirdilər indi telefonu götürüb "yaxşı edirik" deyirlər. 1 dəfə zoomda Nurlana İsmayılova adında uşaq psixoloqu ilə söhbətimiz olub. Ondan başqa heç bir məlumatım yoxdur orda işləyənlər barəsində. Zəng edib təhqir edirsən, yenə də xeyri yoxdur..." Geri qayıt |