Əsas Səhifə > Ölkə, Manşet > Zəfər Qurbanovu DURDURAN OLACAQMI?

Zəfər Qurbanovu DURDURAN OLACAQMI?


27-07-2024, 10:08
Zəfər Qurbanovu DURDURAN OLACAQMI?
30 illik əzab-əziyyətdən sonra torpaqlarımızın şərəfli SAVAŞ yolu ilə azad edilməsinin ardından ümummilli leksikonumuzda ən mübarək yerlərdən birini tutmaqda olan ZƏFƏR... ZƏFƏR YOLU kimi kəlmələr maləsəf ki, bütün ünvanlarda eyni uğurla, eyni fərəhlə istifadə olunmur. Məsələn, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru postunu Zəfər Qurbanov adlı elmdən kənar bir sima tutmaqdadır. Və maləsəf ki, adı Zəfər olan bu rektorla elmimiz heç də hansısa qələbəyə ümid edə bilməz...

Bunu elə Dia-az.İnfo-ya daxil olan ADAU müəllimlərinin növbəti müraciətindən də anlamaq olar. Müəllimlər yazırlar:

Əvvəli BURADA: - ADAU-da ZƏFƏR... bu dəfə uğura işarə deyil... - İTTİHAM VAR...

DAVAMI: "Sabiq dekan Famil Nəsirovdan sonra qiyabi rektor Zəfər Qurbanovun Baytarlıq Təbabəti fakültəsinə saxta yol ilə "seçdiyi" Zeynalova Şəlalə Kərəm qızı işə başladığı gündən saxta işlərlə məşğuldur. Belə ki özbaşına semestr imtahanında kəsilən tələbələrin qiymətini sıfırlayaraq, yenidən həmin tələbələrin qiymətində düzəlişlər edir. Bələ tələbələrdən:
Baytarlıq təbabəti ixtisasının 1 ci kurs tələbəsi Əkbərli Asimin bir neçə kəsri olmasına baxmayaraq yeni saxtakar yol ilə "seçilən" Şəlalə xanım hər hansı bir xeyri qarşılığında məhz həmin tələbənin kəsrlərin bərpa etdi. Bəli, Şəlalə xanım Azərbaycan tələbələri ilə də gözü doymayaraq, hətta Türk tələbələrinin kəsrlərinin bərpası ilə də məşğuldur, məhz Əczaçılıq ixtisasın 4-cü kurs Türk tələbəsi Nimet İslam Bozkurt, Mehmet Türk oğlunun çoxlu kəsri olmasına baxmayaraq diplomun alınması barədə qərar verib.Yuxarda adı qeyd olunan tələbələrin heç birinin adı şərti deyil,məsələ ilə bağlı araşdırma aparılsa hamısı aşkar olunacaq və əminəmki siyahıda qeyri-qanuni şəkildə kəsrləri varkən universiteti bitirən tələbələrin adları bundan da çox olacaq.Bu şəkildə məsələlər magistratura şöbəsində də mövcuddur. Bütün bunlara baxmayaraq Zəfər Qurbanov 27.06.2024 tarixindən heç bir pedoqoji stajı olmayan Şəlalə Zeynalovaya aylıq əmək haqqını 2040 manat müəyyənləşdirib. Qiyabi rektor Zəfər Qurbanov gör nə qədər harınlayıb ki, Universitetin elmi şurasınada belə müzakirəyə çıxarmadan Şəlalə Zeynalovanın aylıq əmək haqqı artımını elmi şuranın katibi Səbuhi Məmmədovla həll edərək elmi şuranın adından qərar qəbul etdirir. Hansı ki, 20-30 il stajı olan,universitetin inkişafında xidməti olan dekanlara aylıq əmək haqqı 1400-1500 manat verilir. Görəsən anacaq özünü tərifləyən, Universitetdə tapılmayan qiyabi rektor Zəfər Qurbanova biri "dur" deyəcək?
Bir faktı da bildirək ki, qanunsuz şəkildə iki fakültəni birləşdirib və hətta Asəf Qasımov fakultənin birləşdirilməsi və həmin fakultəyə dekan seçilməsi üçün Asəf Qasımov 50 min manat qiyabi rektor Zəfər Qurbanova pul verdiyini söyləyib.Ona görədə yay imtahan sessiyasında yazılı imtahan verən tələbələrin 80-90 faizindən pul yığılıb.Bu prosesdə tələbələrə tapşırılıb ki suallara sualdan kənar hər hansı mövzu haqqında ağlına gələni yazın, biz sizi imtahandan keçirəcəyik..."

DAVAMI VAR... Bizi izləyin...

Geri qayıt